Əsas Səhifə > Cəmiyyət, Manşet > İCRA BAŞÇISINA QARŞI CİNAYƏT İŞİ AÇILA BİLƏR

İCRA BAŞÇISINA QARŞI CİNAYƏT İŞİ AÇILA BİLƏR


22-08-2013, 15:14
İCRA BAŞÇISINA QARŞI CİNAYƏT İŞİ AÇILA BİLƏR
ƏNVƏR SEYİDƏLİYEV MÜLKLƏRİNİ SATIR

DİA.AZ: - «Ağsunun icra başçısı Ənvər Seyidəliyev bu seçkiyə qədər vəzifəsini itirəcək». Bu məlumatı DİA.AZ-a elə Ənvər Seyidəliyevin öz qohumlarından biri verib.

Mənbə iddia edir ki, neçə gündür icra başçısı təlaş içindədir: «Hətta təcili olaraq Bakıya çağrıldığını deyən icra başçısı Ağsudakı bir sıra obyektlərini də satışa çıxarıb».

Güman olunur ki, Ənvər Seyidəliyev ondan böyük miqdarda pul tələb edildiyindən bu addımı atmaq zorunda qalıb.

Bildirək ki, icra başçısı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun yaxın qohumudur və onun himayəsi altındadır. Son günlər isə Ağsunun padşahı ilə bağlı yerli KİV-lərdə müxtəlif səpgili informasiyalar yayılıb ki, onların sırasında Seyidəliyevə cinayət işinin açılma ehtimalları da yer lmaqdadır.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt