Əsas Səhifə > Partiya > KXCP SƏDRİNİN MÜAVİNİ HƏBS OLUNDU

KXCP SƏDRİNİN MÜAVİNİ HƏBS OLUNDU


10-01-2012, 13:11
KXCP SƏDRİNİN MÜAVİNİ HƏBS OLUNDU

FİKRƏT CƏFƏROVA SUTKALIQ HƏBS VERİLƏ BİLƏR

Klassik Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fikrət Cəfərov Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Teleqraf.az-a KXCP mətbuat xidmətindən məlumat verilib. F.Cəfərovun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil. Partiya təmsilçiləri hazırda məsələnin təfərrüatını öyrənməyə çalışırlar.

KXCP sədrinin müavini Xəzər Teyyublunun musavat.com-a verdiyi məlumata görə, Fikrət Cəfərov bu gün saat 12.30 radələrində evinin qarşısında saxlayıblar: “Fikrət Cəfərov mənə zəng edib məlumat verdi ki, onu Nərimanov rayon Polis Şöbəsində saxlayırlar. Fikrət heç bir qanunsuzluğa yol vermədiyini saxlanmasının səbəbinin ona da aydın olmadığını dedi. İndi Fikrət bəyin saxlanmasını polisə müqavimət adı ilə protokollaşdırmaq istəyirlər. Belə olarsa onun sutkalıq həbs edilməsi istisna olunmur”.

X.Teyyublu bəyan etdi ki, KXCP F.Cəfərovun saxlanmasını siyasi təzyiq hesab edir: “Fikrət bəy partiyanın sədr müavinidir və aktivliyi ilə seçilən siyasilərdəndir. Güman ki, onu məhz siyasi aktivliyinə görə cəzalandırmaq və ya qorxutmaq istəyirlər. Biz buna ciddi etiraz edirik”.


Geri qayıt