Əsas Səhifə > Sosial, Manşet > İSMAYIL ÖMƏROVUN KADRLARINI KİM SIRADAN ÇIXARIR?

İSMAYIL ÖMƏROVUN KADRLARINI KİM SIRADAN ÇIXARIR?


22-08-2013, 12:41
İSMAYIL ÖMƏROVUN KADRLARINI KİM SIRADAN ÇIXARIR?
ARİF ALIŞANOV KEÇMİŞ İTV ŞEFİ İLƏ HÜSUMATINI İNDİ DƏ DAVAM ETDİRİR

DİA.AZ: - İTV-yə rəhbər gətiriləndən sonra keçmiş İTV şefi İsmayıl Ömərovun az qala bütün kadrlarını bir-birinin ardından işdən çıxaran Cəmil Quliyevin əslində bu fəaliyyətində bir icraçı olduğu faktdır. Bu ilginc məlumatı DİA.AZ-a İTV-dəki mənbələr ötürüb.

Qaynaq bildirir ki, xaraktercə heç də intriqant birisi olmayan və kifayət qədər mədəni bir insan kimi tanınan Cəmil Quliyevin bu şəkildə kadr dəyişikliyi həyata keçirməsi, apardığı kadr islahatlarında məhz kinlilik mövqeyindən çıxış etməsi onun xüsusiyyətləri və şəxsi keyfiyyətləri ilə ziddiyyət təşkil etdiyindən, bu barədə cəmiyyətin də dərhal qərar verməsi tələskənlik olardı:

«Təbii ki, istənilən halda dəyişikliklərin altında hörmətli Cəmil müəllimin imzası dayanır. Amma faktdır ki, bütün bu işlərin arxasında dayanan uzun illər İsmayıl Ömərova qarşı düşmənçilik münasibətində olmuş AzTV-nin hazırki rəhbəri Arif Alışanovdur. Ona görə də bu gün İTV-də cərəyan edən olaylar da məhz Arif Alışanovun diqtəsi ilə həyata keçirilir. Bir növ Alışanov əlinə düşən fürsətdən yararlanaraq İsmayıl Ömərovdan qisas alır».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı. Ötürülən xəbərə görə, sən demə, İsmayıl Ömərov hətta vəzifəsindən alındıqdan sonra da onu təqib edən Arif Alışanov keçmiş İTV şefi barəsində mətbuata sifarişlə dezinformasiyalar da ötürdürüb.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt