Əsas Səhifə > Siyasət, Manşet > VLADİMİR PUTİNDƏN BAKIDA DAHA NƏLƏRİ İSTƏDİLƏR?

VLADİMİR PUTİNDƏN BAKIDA DAHA NƏLƏRİ İSTƏDİLƏR?


22-08-2013, 12:15
VLADİMİR PUTİNDƏN BAKIDA DAHA NƏLƏRİ İSTƏDİLƏR?
SÖYÜN SADIXOVUN AZƏRBAYCANA QARŞI BƏYANATLARINA REAKSİYA VERİLİR

DİA.AZ: - Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti, iqtisad elmləri namizədi, biznesmen, Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxovla bağlı ilginc məlumat yayılıb. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mənbəmiz xəbər ötürüb.

Qaynaq iddia edir ki, Vladimir Putin Bakıda olarkən rəsmi Bakı tərəfindən Söyün Sadıxovla bağlı ölçü götürülməsi də istənilib. Onun Azərbaycan hakimiyyəti və Azərbaycan dövləti əleyhinə olan fikirlərin iki ölkə arasındakı münasibətlərə xələl gətirəcəyi xüsusi olaraq qeyd olunub. Və bildirilib ki, Putinin səlahiyyətli nümayıəndəsi statusunda olan birisinin bu kimi açıqlamaları ilə diqqətə gəlməsi Rusiya-Azərbaycan münasibətlərində hər zaman çat rolunu oynayacaq.

Mənbəmizə görə, bu tələbin qarşılığında Rusiya tərəfindən Söyün Sadıxovla bağlı addımların atılacağı vədi verilib: «Bu isə o deməkdir ki, Söyün Sadıxov ya ümumiyyətlə, passivləşdiriləcək, ya da səlahiyyətlərini itirəcək. Əslində o qədər də ciddi fiqur olmayan və heç bir dərin siyasi savada malik olmayan Söyün Sadıxovun bir bazar adamı xüsusiyyətində olması rəsmi Bakıya da aydındır. Amma hətta bu halda belə məsələyə prinsipial yanaşan Azərbaycan hakimiyyəti öz tələbini net şəkildə qoyub. Sıra isə təbii ki, Putindədir və ondan müvafiq addımın atılması gözlənilir».

Geri qayıt