Əsas Səhifə > Dünya > ƏRDOĞANDAN SURİYA VƏ MİSİR GÖRÜŞMƏLƏRİ

ƏRDOĞANDAN SURİYA VƏ MİSİR GÖRÜŞMƏLƏRİ


22-08-2013, 11:37
ƏRDOĞANDAN SURİYA VƏ MİSİR GÖRÜŞMƏLƏRİ
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Qətər əmiri Şeyx Təmim bin Hamed əl-Sani arasında telefon söhbəti baş tutub.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, görüşdə Suriya və Misir mövzuları müzakirə edilib.

Hər iki lider Suriya və Misirdə demokratik prosesin dərhal başlaması üçün beynəlxalq ictimaiyyətin boynuna daha çox məsuliyyət götürməsi barədə razılığa gəlib.

Suriya və Misirlə bağlı fikirləri üst-üstə düşən tərəflər bu problemlərin həlli üçün beynəlxalq səyləri sürətləndirməyə qərar veriblər.

Geri qayıt