Əsas Səhifə > Cəmiyyət, Manşet > ARZU RƏHİMOVUN ADAMLARI İLƏ BAĞLI DAHA BİR ŞOK

ARZU RƏHİMOVUN ADAMLARI İLƏ BAĞLI DAHA BİR ŞOK


21-08-2013, 16:02
ARZU RƏHİMOVUN ADAMLARI İLƏ BAĞLI DAHA BİR ŞOK
DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Tovuz rayon şöbəsinin rəisi Rəhim Rəsulovun qanunsuz əməllərindən bir çoxlarının xəbəri var. Məlumatı olmayanlar üçün bir daha vurğulayaq ki, şöbə rəisi Tovuzda səfərbərlik və hərbi xidmətə çağırış sistemini bərbad vəziyyətə salıb. Hətta vəziyyət o qədər ağırlaşıb ki, şöbənin bəzi əməkdaşları bir müddət əvvəl baş prokuror Zakir Qaralova müraciət ünvanlayıblar və bildiriblər ki, polkovnik-leytenant onları da xoşagəlməz işlərinə alət edir:

«O, gənc çagırışçıları müxtəlif maddələrlə 4 min manata qədər məbləğin əvəzində çagırışdan yayındırır. Hərbi prokuror general-leytenant Xanlar Vəliyevə və general-leytenant Arzu Rəhimova göndərdiyimiz məktubda açıqlamışdıq ki, bu şəxs çağırışçılara 4 min manata xəstəlik barədə saxta sənəd düzəldərək onları çagırışdan yayındırır». Şöbə rəisinin fəaliyyətindən narazı olan işçiləri həqiqi hərbi xidmətdən yayındırılan çağırışçıların adlarını çəkərək Rəhim Rəsulovun törətdiyi əməlləri faktlarla sübut ediblər. Bizdə olan bilgilərə görə, aşağıdakı siyahıda adları qeyd olunan şəxslər nəyinsə müqabilində xidmətdən yayındırılıblar:

1. Kərbəlaylı Əsəd Elxan oğlulu-2013-cü il aprel -sıradan kənar

2. Tiriyev Şahin Akif oğlu-2013-cü il aprel -sıradan kənar

3. Kərimov Rəhim Qerman oğlu-2013-cü il aprel -sıradan kənar

4. Tağızadə Elçin Elbrus oğlu-2013-cü il aprel - sıradan kənar

5. Zeynalov Rəşad Oqtay oğlu -2013-cü il aprel - sıradan kənar

6. Əliyev Muradxan Şahin oğlu -2013-cü il yanvar -sıradan kənar

7. Əsgərov Elşad Yalçın oğlu -2013-cü il yanvar -sıradan kənar

8. Mehdiyev Elmir Əli oğlu -2013-cü il yanvar -sıradan kənar

9. Quliyev Ceyhun Nazim oğlu -2013-cü il yanvar - sıradan kənar

10. Bayramov Səid Arif oğlu -2013-cü il yanvar - sıradan kənar

11.İsmayılov Babək İlham oğlu -2013-cü il yanvar -sıradan kənar

12. Qocayev Elnur Eynur oğlu -2013-cü il aprel -sıradan kənar

13. Ağayev Rövşən Vilayət oğlu -2013-cü il yanvar-aprel -sıradan kənar

14. Məmmədov Nicat Ramiq oğlu -2013-cü il yanvar-aprel -sıradan kənar

15. İlyasov Vüsal Rəhim oğlu -2013-cü il yanvar-aprel -sıradan kənar

16. Balayev Sadiq Namiq oğlu -2013-cü il yanvar-aprel -sıradan kənar

17. Nağıyev Mehman Sadiq oğlu -2013-cü il yanvar-aprel -sıradan kənar

18. Tağıyev Kamran Həsən oğlu -2013-cü il yanvar-aprel - sıradan kənar

19. Hüseynov Vüqar İlqar oğlu -2013-cü il yanvar-aprel - sıradan kənar

20. Qafarov Şahin Etibar oğlu -2013-cü il yanvar-aprel - sıradan kənar

21. Mustafayev Sahib İdris oğlu -2013-cü il yanvar-aprel -sıradan kənar

22. Əliyev Seymur Zirəddin oğlu - 2013-cü il yanvar-aprel -sıradan kənar

23. Məmmədli Gündüz Ziyəddin oğlu - 2013-cü il yanvar-aprel - sıradan kənar.

Qarşı tərəfin də münasibətini dərc edə bilərik.

Geri qayıt