Əsas Səhifə > Ölkə > SOYDAŞLARIMIZDAN FRANSAYA ÇƏTİN SUAL

SOYDAŞLARIMIZDAN FRANSAYA ÇƏTİN SUAL


9-01-2012, 17:01
SOYDAŞLARIMIZDAN FRANSAYA ÇƏTİN SUAL

AZƏRBAYCANLILARIN SOYQIRIMINI DA TANI

Fransada fəaliyyət göstərən bir neçə Azərbaycan təşkilatı Fransa Milli Məclisinə, Senata və Konstitusiya Şurasına müraciət qəbul edib.

Azərbaycan Kültür Cəmiyyəti, Azərbaycan Evi, Azərbaycanla Mədəni Əlaqələr Saxlama Birliyi, Azərbaycanlı Tələbələr İttifaqı, Azərbaycan Mədəniyyət Ocagı, Ərk Kültür Yıgınagı Fransa Milli Assambleyasından xahiş edir ki, 1915-ci ildə ermənilərin uydurduğu hadisələrlə qiymət verməklə yanaşı erməni silahlı dəstələrinin Cənubi Azərbaycanın Urmiyə, Səlmas, Xoy şəhərlərində və bu şəhərlərin ətraf məntəqələrində silahsız və dinc əhaliyə qarşı soyqırımına da qiymət verməlidir. Ermənilər adları sadalanan şəhərlərdə və ətrafda qırx min dinc insanı güllələyib. O zamankı İngiltərə və Fransa konsullarının göndərdiyi raportlarda bu cinayətlərin dəhşətləri barədə məlumatlar var.

Eyni zamanda 1918-ci ilin martında (20 mart) erməni daşnak dəstələri bolşeviklərlə birlikdə indiki Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 30 mindən çox silahsız dinc azərbaycanlını güllələyib.

1992-ci ildə keçmiş SSRİ qoşunlarının köməyi ilə Ermənistan Respublikası Azərbaycan Respublikasına hücum edib. Ermənistan Rusiya motoatıcı diviziyasının həlledici köməyi ilə qonşusu Azərbaycanın ərazisinin 20 faizini işğal edib. Bu təcavüz nəticəsində soyqırım baş verib və yalnız Xocali şəhərində 1992-ci il fevralın 25-də 63 nəfəri uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 dinc və silahsız insan güllələnib.

“İnsanlıq və ədalət naminə Fransa parlamenti xarici ölkələrdə soyqırım ilə bağlı qanun qəbul etməkdə özünü səlahiyyətli sayırsa, ermənilərin də azərbaycanlılara qarşı dəfələrlə soyqırımı baş verib. Fransa parlamenti bunu da soyqırım kimi tanıyıb qanun qəbul etməlidir”, - müraciəti imzalayan təşkilatlar Fransa parlamentinin sədrindən xahiş edir.

Xatırladaq ki, yanvarın sonunadək sözdə erməni soyqırımını inkara görə cəza ilə bağlı qanun layihəsinin Senatda müzakirəsi gözlənilir.


Geri qayıt