Əsas Səhifə > Hadisə > AZƏRBAYCANDA EVDƏN 200 MİN MANAT OĞURLADILAR

AZƏRBAYCANDA EVDƏN 200 MİN MANAT OĞURLADILAR


21-08-2013, 12:34
AZƏRBAYCANDA EVDƏN 200 MİN MANAT OĞURLADILAR
Azərbaycanda evdən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Abşeron rayonunda Qabil Ramazanova məxsus evdən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə oradakı seyfdən 200 min manat oğurlanıb.

Əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən Ümid Ramazanov tutulub.

Oğurlanan pulun 119 min 800 manatı ona məxsus avtomobildən tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt