Əsas Səhifə > Şou-biznes > SAMRİNA TÜRKİYƏDƏ DUET OXUYACAQ

SAMRİNA TÜRKİYƏDƏ DUET OXUYACAQ


9-01-2012, 16:55
SAMRİNA TÜRKİYƏDƏ DUET OXUYACAQ

«HARDASAN» AZƏRBAYCAN SƏRHƏDLƏRİNİ AŞIR

«Gənc müğənni Samrina hal-hazırda Türkiyədədir və o, tanınmış türk studiyalarının biri ilə klip çəkilişləri üçün danışıqlar aparır». Bu xəbəri redaksiyamıza Samrinanın yaxınları bildiriblər.

DİA.AZ-a verilən xəbərdə o da qeyd olunur ki, Türkiyədə olan Samrina qardaş ölkəyə konkret dəvətlə gedib: «Kim tərəfindən dəvət olunduğu açıqlanmır. Amma səfər işgüzar xarakter daşıyır. Ola bilsin ki, Samrina özünün məşhur «Hardasan» mahnısını Türkiyənin tanınmış sənətçilərindən biri ilə bir duet şəklində oxusun».

Əldə etdiyimiz məlumatlardan o da aydın olur ki, Samrina elə Türkiyədə «Haradasan» mahnısına klip çəkməyə hazırlaşır.


Geri qayıt