Əsas Səhifə > Gündəm, Manşet > BAŞÇININ MÜAVİNİ BİNƏQƏDİ SAKİNLƏRİNİ İNCİDİR

BAŞÇININ MÜAVİNİ BİNƏQƏDİ SAKİNLƏRİNİ İNCİDİR


21-08-2013, 11:00
BAŞÇININ MÜAVİNİ BİNƏQƏDİ SAKİNLƏRİNİ İNCİDİR
QƏZƏNFƏR NOVRUZOV ŞƏHİD AİLƏLƏRİNİ VƏ KÖÇKÜNLƏRİ HƏDƏFİNƏ ÇEVİRİB

DİA.AZ: - Binəqədi rayonunun bir qrup sakini yerli icra hakimiyyətinin özbaşınalıqlarından şikayətçi düşüb. Bu barədə DİA.AZ-a ünvanlanan şikayət məktubundan anlaşılır.

Redaksiyamıza müraciət edən vətəndaşlar bildirir ki, Azadlıq prospekti 32\196 ünvanında yerləşən 9 mərtəbəli binada yaşayan, əksəriyyəti şəhid ailələri və məcburi köçkün olan sakinlər icra başçısının müavini Qəzənfər Novruzovun təhdidlərindən yorulduqlarını deyirlər.

Sakinlər redaksiyamıza yazır: «Burada yaşayanların əksəriyəti imkansız ailələrdir. Amma buna baxmayaraq icra başçısının müavini Qəzənfər Novruzov sakinləri incidir.

Belə ki, evlərin qarşısındakı kiçik artırmalar başçının müavininin hədəfinə çevrilib. Halbuki zamanında həmin artırmalar üçün sakinlər icra hakimiyyətinə müvafiq qaydada pul ödəyiblər. İndi isə yeni başçı ilə yeni dönəmə girildiyindən həmin binadakı artırmalar da hədəfə çevrilib».

Sakinlər yazır ki, bir neçə dəfə Qəzənfər Ağayev artırması olan şəhid ailələrini və məcburi köçkünləri hədələyib: «Bizə kömək edin. Elə böyük imkanımız yoxdur ki, yeni başçının da maraqlarını təmin edə bilək».

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt