Əsas Səhifə > Cəmiyyət, Manşet > ZİYA MƏMMƏDOVDAN SÜRÜCÜLƏRƏ DAHA BİR MÜJDƏ

ZİYA MƏMMƏDOVDAN SÜRÜCÜLƏRƏ DAHA BİR MÜJDƏ


9-01-2012, 16:03
ZİYA MƏMMƏDOVDAN SÜRÜCÜLƏRƏ DAHA BİR MÜJDƏ

YENİ VİDEOTƏQİB AVADANLIQLARINA GÖRƏ PUL YIĞILIR

DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədov üçün yeni bazar açılıb. Bu barədə redaksiyamıza şəhərdaxili avtobus marşrutlarında çalışan sürücülərdən biri bildirib. Mənbənin sözlərindən belə məlum olur ki, indi də nəqliyyat nazirinin tələbilə şəhəriçi avtobuslara məcburi qaydada videokamerələr və monitorlar quraşdırılır.

Sürücülərin sözlərindən belə aydın olur ki, əslində həmpin kamera və manitorlar marşrut xəttlərinin sahibləri və yaxud da nəqliyyat nazirliyi tərəfindən ödənməli olsa da, texniki avadanlıqların pulu onların əməkhaqqılarından tutulr.

Sürücülərin «Dünya» İnformasiya Agentliyi redaksiyasına dedikləri: «Biz də başa düşürük ki, dayanacaqlarda quraşdırılan qurğular vasitəsilə sərnişinlərin avtobusların hərəkətlərini izləyə bilmələri üçün həmin avadanlıqlar avtobuslara quraşdırılmalıdır. Biz onu da başa düşürük ki, müasirləşən dünyada bu kimi elmi-texniki nailiyyətlərdən istifadə zəruridir. Amma biz onu başa düşə bilmirik ki, nədən həmin avadanlıqların pulunu sürücülər ödəməlidir».

Şikayətçilər redasiyamıza bildirirlər ki, hər bir avtobusa həmin avadanlıqlar məcburi qaydada quraşdırılır: «Hər bir sürücüdən 500-600 manat arası pul istənilir. Verə bilməyənlərə kredit təklif olunur və əlavə plan şəklində həmin pulu ödəyir. Bir sözlə, istənilən halda pulu biz ödəməliyik».

Onu da bildirək ki, rəsmi qaynaqlar həmin texniki videoizləmə avadanlıqlarının dövlət tərəfindən quraşdırıldığını iddia edir və bildirilənə görə, paytaxt ərazisində hərəkət edən marşrutlarda videotəqibin təmini məqsədilə əlavə olaraq 15 milyon manat vəsait ayrılıb.

İndi isə aydın olur ki, Ziya Məmmədov həmin pulları sürücülərin boynuna yükləməklə məşğuldur

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt