Əsas Səhifə > Cəmiyyət, Manşet > MOSKVADAN TƏLƏB: AYDIN ABBASOVUN MANDATI ALINSIN

MOSKVADAN TƏLƏB: AYDIN ABBASOVUN MANDATI ALINSIN


20-08-2013, 14:59
MOSKVADAN TƏLƏB: AYDIN ABBASOVUN MANDATI ALINSIN
RUSİYADAKI SOYDAŞLARIMIZ NARAZIDIR

DİA.AZ: - Hazırda Rusiyada yaşayan soydaşlarımız keçmiş baş nazirin müavini Abbas Abbasovla bağlı redaksiyamıza müraciət göndəriblər. DİA.AZ-a daxil olan həmin müraciətin mətnini olduğu kimi diqqətinizə təqdim edirik:

«Abbas Abbasov özünü Rusiyada kifayət qədər reytinqi bir sahibkar kimi təqdim edir. Elə bir fon yaratmağa çalışır ki, guya Rusiyada yaşayan azərbaycanlılar onun başına and içirlər. Bu, belə deyil.

Əgər belə olsaydı, o, bu gün qapısına köməyə gələn azərbaycanlıların üstünə rus «OMON»larını tökdürməzdi. Hadisə bir neçə gün əvvəl olub. Abbas Abbasova müraciət edən azərbaycanlılar rusiyanın hüquq-mühafizə orqanlarından, onların özbaşınalığından şikayət ediblər. Abbas Abbasov onlara əvvəlcə arxa duracağını deyib.

Sonra üstündən 2 gün keçəndə cavab almaq üçün gələn azərbaycanlılara «gedin sizin işinizi Polad həll eləsin» (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu nəzərdə tuturdu) deyərək onları qovub. Azərbaycanlılar isə «bəs söz vermişdiniz» deyəndə əraziyə «OMON»lar çağrılıb və azərbaycanlılar oradan zor gücünə uzaqlaşdırılıb. Hətta bu zaman bir azərbaycanlını həbs də ediblər.

Belə bir adam bu gün necə iddia edə bilər ki, o, Azərbaycanlılara arxa-dayaqdır. Bunların hamısı yalandır. Yalnız öz qohumlarına, yaxın adamlarına himayədarlıq edirlər. Yetim-yesir isə Allahın ümidinə qalıb. Neçə-neçə azərbaycanlı bu gün evindən çölə çıxa bilmir ki, onları tutacaqlar. Bunların da hamısı Abbas Abbasovun oyunudur.

Burada danışırlar ki, əgər Abbas Abbasovla Azərbaycandakı hakimiyyətin arası dəyməsəydi, camaat Moskvada və Rusiyanın digər şəhərlərində belə problem yaşamazdı. Yəni Abbas Abbasov məhz hakimiyyətdən qisas almaq üçün bizə burada təzyiq etdirir».

Onu da bildirək ki, müraciəti imzalayan Səfərov Natiq (Masallı), Əliyev Həsənalı (Şəmkir), Verdiyev Asəf (Qazax), Abdullayev Abdulla (Mingəçevir) və daha bir neçə nəfər azərbaycanlı xalqa müraciət edərək Abbas Abbasovun yalançı reklamına inanmamağa çağırırlar: «Biz Abbas Abbasovun reklamına işləyən nağıllara kimsənin inanmasını istəmirik. Onu da istəmirik ki, bu gün Moskvada öz millətini incidən bir şəxsin oğlu Bakıda cibində deputat mandatı gəzdirib, millətinə vəkillik etmək iddiasına düşsün. Bunu da hökumətimizdən xahiş edirik və bizə dövlətimizin sahib çıxmasını arzulayırıq».

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt