Əsas Səhifə > Ölkə, Manşet > İSMAYIL ÖMƏROVUN DAHA BİR KADRI İŞDƏN QOVULDU
İSMAYIL ÖMƏROVUN DAHA BİR KADRI İŞDƏN QOVULDU20-08-2013, 14:27 |
DİA.AZ: - İctimai Televiziya və Radio Yayımları Şirkəti Carçıfilm yaradıcılıq birliyinin direktoru Qərənfil Xəlilova tutduğu vəzifədən azad edilib. Bu barədə DİA.AZ-a İctimai Televizyadakı mənbələrdən məlumat daxil olub. Mənbə bildirir ki, Qərənfil Xəlilova 24 il Dövlət Teleradiosunda çalışmasına və Əməkdar jurnalist olmasına baxmayaraq, “İTV“nin yeni rəhbəri Cəmil Quliyev onu işdən çıxarmaqda qəti olub və çıxarıb. Məlumata görə, bu dəyişiklik İTV-də böyük narazılıq yaradıb. Hətta yeni rəhbərliyə kütləvi etirazlar da baş qaldırıb. Bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |