Əsas Səhifə > Şou-biznes > "ONLARIN PULU MÜFTƏ GƏLİR"

"ONLARIN PULU MÜFTƏ GƏLİR"


20-08-2013, 12:51
"ONLARIN PULU MÜFTƏ GƏLİR"
Müğənni Vasif Məhərrəmli solo konsert verməyəcək.

Axşam.az-ın məlumatına görə, buna səbəb müğənninin maddi imkansızlığıdır.

O, həmçinin təşkilatçıların zəifliyindən şikayətlənib:

“Müğənninin konserti ilə təşkilatçı məşğul olar. Bizdə isə belə təşkilatçılıq yoxdur. Hamısı göstərişdir. Səni çağırırlar ki, gəl konsertini keçirək. Beş-on dəfə olub ki, mənə də konsert təklif ediblər. Gedəndə isə son söz bu olub ki, gətir 30 min manat ver. Mənim bu qədər imkanım yoxdur. Konserti pulu müftə gələnlər verir. Bu gün heç bir müğənni konsertdən xeyir götürmür, hamı ziyan edir. Mən əziyyətlə qazandığım pulu küçəyə atmaq istəmirəm. Bu səbəblərdən də yalnız kliplərimlə, mahnılarımla gündəmdə qalmağa çalışıram”.

Vasif Məhərrəmli həmçinin bildirib ki, canlı ifa etməkdən qorxu hissi keçirmir:

“Sənətə gələn gündən elə canlı oxuyuram… Hardasa fonoqramla çıxış etmək mənə, sənətimə yaraşmaz”.

Geri qayıt