Əsas Səhifə > Güney Press, Araşdırma > ARZU RƏHİMOVUN ƏYALƏTDƏKİ ADAMI AT OYNADIR

ARZU RƏHİMOVUN ƏYALƏTDƏKİ ADAMI AT OYNADIR


20-08-2013, 11:35
ARZU RƏHİMOVUN ƏYALƏTDƏKİ ADAMI AT OYNADIR
Son zamanlar mətbuatda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ətrafında baş verən şok korrupsiya və qanunsuz əməllər haqqında məlumatlar gündəmdən düşmür. Bolgexeber.com-un redaksiyasına Masallı rayon sakini tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsindən şikayət məktubu daxil olmuşdur.

Şikayətçi bildirir ki, adıçəkilən idarənin Azər adlı işçisi onu,3 ildən bir olan təkrar tibbi komissiyadan keçirmək üçün ondan 200 manat məbləğində pul almışdır. Azər adlı həmin məmur bu pulun qanuni olmasını,”sənəd pulu” olmasını bildirərək vətəndaşı aldatmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin məmuru tərəfindən aldanılmasını və pulun sadəcə rüşvət olmasını başa düşdükdən sonra vətəndaş pulunu Azər adlı həmin şəxsdən geri istəmişdir.

Lakin Azər ona bildirmişdir ki, bu mümkün deyil. Çünki, pul artıq yuxarılara göndərilib.Belə ki, həmin məmur etiraf edib ki, ümumiyyətlə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsində yığılan bütün pullar şöbənin rəisinə və birbaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova çatır.

Masallı rayonunun Ərkivan kəndinin bir neçə sakini Azər adlı şəxsin çağırışçılardan rüşvət alması əks olunan videogörüntülərə malik olmasını bildirmişlər.Məsələ ilə bağlı araşdırma aparmaq üçün Bolgexeber.com-un əməkdaşı artıq Masallı rayonuna ezam olunmuşdur. Yaxın saatlarda həmin şok görüntüləri oxuculara təqdim edəcəyik.
P.S.Bu yazı dərc olunandan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi Cahangir müəllim və onun işçiləri yaman əl-ayağa düşüb.Belə ki,onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov tərəfindən hədəfə alınacaqlarından qorxuya düşüblər.Yəgin ki,bu yazıdan sonra general-leytenant əməkdaşlarının bu qanunsuz əməlləri ilə bağlı müvafiq tədbirlər görəcək və qanunu pozan məmurları cəzalandıracaq.

Geri qayıt