Əsas Səhifə > Hadisə > BAKIDA "TOPAZ"IN KATORUNDA OĞURLUQ OLUB

BAKIDA "TOPAZ"IN KATORUNDA OĞURLUQ OLUB


20-08-2013, 11:31
BAKIDA "TOPAZ"IN KATORUNDA OĞURLUQ OLUB
Bakıda totalizator klubundan oğuluq edən şəxslər tutulublar.
Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Yevlax rayon sakini Nazim Bəkirov və Ağdaş rayon sakini Fərid Rəhimov tutulublar.
Məlum olub ki, onlar 2013-cü il mayın 13-nə keçən gecə Əhməd Cəmil küçəsində yerləşən, Ruslan Kazımova məxsus "Topaz" totalizator klubundan dəmir barmaqlıqları sındırma yolu ilə 2920 manat, iyulun 30-na keçən gecə isə H.Cavid prospektində yerləşən, Fuad Süleymanova məxsus mağazadan qapını sındırma yolu ilə 28 manat oğurlayıblar.

Geri qayıt