Əsas Səhifə > Hadisə > DAHA BİR ZABİTİMİZİ İTİRDİK

DAHA BİR ZABİTİMİZİ İTİRDİK


20-08-2013, 11:27
DAHA BİR ZABİTİMİZİ İTİRDİK
BAŞ LEYTENANT DƏNZİDƏ BOĞULDU

Azərbaycan Ordusunun zabiti dənizdə batıb.

APA-nın məlumatına görə, hadisə Zirə qəsəbəsi yaxınlığında qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, 1984-cü il təvəllüdlü baş leytenant Qədimov Elçin Nazim oğlu Xəzərdə balıq tutarkən dənizdə batıb. Onun meyitinin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hələlik mərhumun meyitini tapmaq mümkün olmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Geri qayıt