Əsas Səhifə > Hadisə, Manşet > HAKİMİYYƏT İÇİNDƏ BÖYÜK OYUN

HAKİMİYYƏT İÇİNDƏ BÖYÜK OYUN


9-01-2012, 12:03
HAKİMİYYƏT İÇİNDƏ BÖYÜK OYUN

BÜTÜN DAXİLİ QÜVVƏLƏR 2013-CÜ İL SEÇKİLƏRİNƏ HAZIRLAŞIR

DİA.AZ: - Son günlər hakimiyyət içində yeni hərəkətlənmələrin baş qaldırması barədə məlumatlar daha da intensiv şəkildə yayılmaqdadır. Bu barədə redaksiyamızı məlumatlandıran iqtidara yaxın qaynaqların iddiasına görə, hakim komanda köhnə eşalonula yenilərin qovğa meydanına çevrilib.

Onu da qeyd edək ki, prezident İlham Əliyevin dövlət başına keçidindən sonra müəyyən kadrlar görəv başında saxlanıldı. Lakin onların ayrıca qrup halında yenilərə qarşı sərt mövqedə dayanmaları da nəzərəçarpacaq dərəcədə diqqətlərə gəldi. Konkret olaraq biri neçə qruplaşma ilə hakim komanda daxilində varlığını sürdürən köhnə eşalon təmsilçilərinin hər zaman yeniliklərə qarşı olması da gizlədilməsi mümkün olmayan faktlardandır.

Məsələn, məlumdur ki, bu gün birbaşa olaraq prezidentin maraqlı olduğu bir sıra islahat ideyalarına qarşı konkret olaraq köhnə eşalon nümayəndələri tərəfindən ciddi maneələr yaradılmaqdadır. Mötəbər mənbələr iddia edir ki, hətta keçən ilin əvvəllərindən start götürən antikorrupsiya siyasətinin kampaniya mahiyyəti almasına nədən də məhz bu kimi faktorlardır.

Mənbənin söylədikləri: «Amma buna rəğmən köhnələrlə yenilərin əsas döyüşü irəlidədir. Bütün qüvvələr 2013-cü ilin prezident seçkilərinə hazırlaşır. Təbii ki, burada önəmli olanı heç də prezident kürsüsündə dəyişikliklə bağlı deyil. Bütün tərəflər sözsüz şəkildə İlham Əliyevin yanında yer alırlar. Amma əsas məsələ İlham Əliyevin kimi öz yanında saxlayacağı ilə bağlıdır».

Mötəbər mənbə bildirir ki, bu səbəbdən hakim düşərgə daxilində indidən böyük təlaş var: «Adları «qara siyahı»da olanlar da «vurulacaqların» bilirlər. Amma bu tale ilə barışmaq istəmədiklərindən müqavimətə hazırlaşırlar».

Məlumatlarda o da bildirilir ki, bu gün Ziyalılar Forumu kimi bir qurumun qabarması, eləcə də zamanında hazırki iqtidar komandasının aparıcı fiqurlarından olmuş, mühacir lider Rəsul Quli yevin fəallaşması da bu kimi maraq toqquşmalarının təzahürü kimi qəbul edilməlidir:

«Heç nə təsadüfən baş vermir. Dünənə qədər ölkədə baş verən eybəcərliklərə susan ziyalıların bu gün qəhrəmana çevrilməsi təsadüfi ola bilməz. Məgər bu ziyalılar dünən Azərbaycanda yaşamırdılar və onlar dünən ölkədə baş verənlərin bu günkündən daha yaxşı olduğunu iddia edirlər?»

Mənbəmizə görə, təbii ki, həm Ziyalılar Forumnun və həm də digər bu kimi fəallaşmaların arxasında elə hakimiyyətin müəyyən maraqlı tərəfləri dayanır: «Bu, böyük bir oyunun, böyük bir savaşın işartılarıdır. Daha ciddi proseslər hələ irəlidədir».


Geri qayıt