Əsas Səhifə > Ölkə, Manşet > BİR KLAN AĞSUNU NECƏ DİZİÜSTƏ QOYUR?

BİR KLAN AĞSUNU NECƏ DİZİÜSTƏ QOYUR?


19-08-2013, 13:32
BİR KLAN AĞSUNU NECƏ DİZİÜSTƏ QOYUR?
DİA.AZ: - Rayonu demək olar ki, özəlləşdirən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun qohumları Ağsunu sosial problemlərin cəngində boğurlar. Redaksiyamıza müraciət ünvanlayan Cəlair kəndinin sakinləri bildirirlər ki, rayonda qanunsuzluq, məmur özbaşınalığı və vətəndaşlara qarşı saymamazlıq baş alıb gedir. DİA.AZ bildirir ki, bu barədə "pia.az" məlumat yayıb.

Daxil olan məlumatda bildirilir ki, rayonun kəndlərində vəziyyət düşünüləndən də ağır və dözülməzdir. Kəndlərin yolları, işıq və su problemləri insanları dözülməz şəraitdə yaşamağa məcbur edib. Sözügedən kəndlərin orta məktəbləri də bərbad vəziyyətdədir. Şagirdlər təsil almaq üçün ciddi çətinliklər çəkir.

Şikayətçilər bildirir ki, Ağsudakı sosial-iqtisadi problemlər icra başçısı Ənvər Seyidəliyevi qəti maraqlandırmır. Başçı şikayətləri dinləmir və rayonu öz qohumlarının istifadəsinə verib. Bildirilir ki, başçını ancaq Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla birgə rayonda olan biznes əlaqələri maraqlandırır.

Qeyd edək ki, Ağsu rayonu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun kurasiyasında olan rayonlardandır. Ağsu rayon icra başçısı da Səlim Müslümovun yaxın qohumudur. Məhz bu rayonda bütün idarə rəhbərləri də Ənvər Seyidəliyevin yaxın qohumlarıdır.

Ağsudan daxil olan başqa bir məlumatda isə bildirilir ki, son iki ildə rayonda abadlıq işləri adı altında külli miqdarda dövlət vəsaiti mənimsənilib. Bütün bu mənimsəmələr isə hazırda İsmayıllı rayon maliyyə şöbəsinin müdiri olan Səlim Müslümovun qardaşı Radim Müslümovla birlikdə Ənvər Seyidbəyli tərəfindən həyata keçirilib.

Mənimsəmə faktlarına gəlincə isə, mənbə bu yeyintilərin milyon manatlarla olduğunu bildirir. Mənimsəmə faktları haqqında faktları təqdim edən mənbə göstərir ki, bu il birinci rübündə Ağsu şəhərində H.Əliyev parkı, Ağsu seyrəngahı və Qəhrəmanlıq parkında, S.Vurğun, H.Əliyev, Vidadi, M.Ə.Rəsulzadə, Nizami, Ü.hacıbəyov və Azərbaycan küçələrində küçə hasarlarının və piyada səkilərinin cari təmir işləri üçün 250 min manatdan artıq vəsait ayrılıb. Həmin ərazilərin abadlaşdırılması üçün müəyyən işlər görülsə də, bu işlərin görülməsi üçün ərazidə fəaliyyət göstərən obyektlərdən pul yığılı. Üstəlik sənədlərdə qiymətlər bir neçə dəfə şişirdilib və nəticədə abadlıq işlərinin aparılması üçün nəzərdə tutlan dövlət vəsaitinin çox böyük hissəsi mənimsənilib.

Başqa bir fakt isə Ağsu şəhəri H.Əliyev küçəsi 52 saylı ünvanda yerləşən ictimai yaşayş binasının və küçə kənarlarındakı tikililərin dam örtüklərinin təmir işləri ilə bağlıdır. Belə ki, daxil olan məlumatda bildirilir ki, həmin binanın sakinlərindən dam örtüyünün dəyişdirilməsi ilə bağlı pul toplansa da, sənədlərdə binanın damının dəyişdirilməsi üçün 60 min manata qədər vəsaitin sərf olundubu göstərilir. Halbuki görülən işin ümumi miqdarı 10-15 min manat arasındadır.

Ənvər Seyidbəylinin ən böyük mənimsəmə faktlarından biri isə 2012-ci ildə Ağsu rayonunda imkansız ailələrə məxsus fərdi yaşayış evlərinin, ictimai yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, təmiri və daş hasarların tikilməsi və hasarların üzlənməsi ilə bağlıdır. Belə ki, məlumatda bildirilir ki, Radim Müslümovla əlbir olan Ənvər Seyidbəyli imkansız şəxslərin evlərinin təmiriadı altında 1 milyon manata qədər vəsait silib.
Daha sonra məlumatda əlavə olunur ki, dayı-bacıoğlu birlikdə 2012-ci ildə Ağsu şəhərinin asfaltlaşdfırflmasf adı altında 2 milyona qədər dövlət vəsaitini siliblər və bu vəsaitin böyük bir hissəsinin hara sərf olunduğunu ancaq Ənvər Seyidbəyli ilə Radim Müslümov bilir. Çünki Ağsunun bütün daxili yolları bərbad vəziyyətdədir və Ağsu şəhərinin mərkəzi hissəsində yollarda müəyyən işlər görülür. Bunun müqabilində isə «sərf» olunan vəsaitlə rayonun bütün daxili yollarını asfatlamaq mümkün idi.
Məlumatda qeyd olunur ki, ümumilikdə 2012-ci ildə abadlaşdırma, yaşıllaşdırma və yenidənqurma adı altında dayı və bacıoğlunun birgə fəaliyyəti dövlətə 4 milyon manata qədər vəsaitə başa gəlib.
Bildirilir ki, ortada olan mənimsəmə halların ört-basdır etmək və rayonda olan narazılığın qarşısını almaq üçün bu ilin mart birinci rübündə Səlim Müslümov qardaşı Radim Müslümovu məlum hadisələrdən sonra DSMF şeyinin kurasiyasına verilən İsmayıllı rayonun Maliyyə idarəsinə tranfer edib. İsmayıllı rayon Maliyyə idarəsinin müdiri Vaqif Hüseynov isə Acsuya gətirilib və Ənvər Seyidbəylinin maxinasiyalarına şərik edilib.
Qeyd edək ki, PİA.AZ-a Ağsudan daxil olan məlumatda daha ciddi korrupsiya hallarından bəhs olunur. Həmin faktları araşdırdıqdan ictimaiyyətin diqqətinə cəlb edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt