Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏTDƏN İKİ ŞOK DƏYİŞİKLİK QƏRARI

HAKİMİYYƏTDƏN İKİ ŞOK DƏYİŞİKLİK QƏRARI


19-08-2013, 12:57
HAKİMİYYƏTDƏN İKİ ŞOK DƏYİŞİKLİK QƏRARI
RƏQABƏTDƏ OLAN VAQİF AXUNDOVLA BƏYLƏR ƏYYUBOV TƏQAÜDƏ GÖNDƏRİLİR

DİA.AZ: - «Builki prezident seçkilərindən sonra dövlət başçısının mühafizə xidmətində yeniliklər olacaq». Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki qaynaqlar ötürüb. Mənbə iddia edir ki, çoxdan bəri gedəcəyi söylənilən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun və həmçinin onunla yola getmədiyi haqda mətbuatda yetərincə bilgilər səsləndirilən XDMX rəisinin müavini, prezidentin şəxsi mühafizə idarəsinin rəisi Bəylər Əyyubov təqaüdə göndəriləcək.

Hər halda, Bəylər Əyyubovun bu gün kifayət qədər çəkili fiqur olması, həmçinin onun prezidentə olduqca yaxın bir şəxs kimi dəyərləndirilməsi deyilənləri inandırıcı etməsə də, mənbə iddia edir ki, Bəylər Əyyubovun özü də bu qərara sayğı ilə yanaşır: «Çünki elə öz yerinə gətiriləcək kadr Bəylər Əyubovla da razılaşdırılıb».

Mənbəmiz onu da əlavə etdi ki, gözlənilən dəyişiklik Bəylər Əyyubovun «vurulması» kimi qiymətləndirilməsə də, Vaqif Axundov bu qərarla həm də iqtisadi imkanları üzərindəki hökmranlığı da itirmiş olacaq.

Geri qayıt