Əsas Səhifə > Siyasət, Manşet > SİLKƏLƏNƏN BARMAQ “AZƏRSU” ŞEFİNƏ QARŞI DÖNƏCƏKMİ?

SİLKƏLƏNƏN BARMAQ “AZƏRSU” ŞEFİNƏ QARŞI DÖNƏCƏKMİ?


19-08-2013, 12:22
SİLKƏLƏNƏN BARMAQ “AZƏRSU” ŞEFİNƏ QARŞI DÖNƏCƏKMİ?
QORXMAZ HÜSEYNOVUN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR: DURUM KRİTİKDİR

DİA.AZ: - Bir müddət əvvəl Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə Komissiyasının iclasını keçirərək dövlət başçısı İlham Əliyevin adından məmurlara barmaq siləkələdi. Bunun ardınca isə dövlət başçısı İlham Əliyev daha bir müşavirə keçirərərk məmurları qudurğan adlandırdı. O zaman İlham Əliyevin çıxışından belə anlaşıldı ki, dövlət qurumlarında ciddi nöqsanlar barədə prezidentin kifayət qədər xəbəri var.

Bəzi eksprtlər isə "məmur özbaşınalığı iclasın" da səslənən tənqidlər, barmaq siləkələmələri şou adlandırdılar. Doğrudur, iclasdan sonra bir sıra dövlət qurumlarında kollegiya iclasları keçirilib və işində ciddi nöqsanlara yol verənlər cəzalandırıldılar. Amma bu şounun daha inandırıcı və təsirli olması üçün idi. Əslində isə Azərbaycan hakimiyyəti korrupsiya və rüşvətin kökünü nəinki kəsmək istəyir, əksinə daha da çiçəkləndirir. Dediklərimiz sübut etmək üçün təkcə "Azərsu" ASC-də baş verənləri misal çəkmək kifayətdir. DİA.AZ bildirir ki, bu barədə “30gun.az” xəbər yayıb.

Məlumatlarda bildirilirdi ki, Qorxmaz Hüseynovun qohum-əqrəbaları "Azərsu" ASC-də tayfa talanı ilə məşğuldurlar. Redaksiyamıza yeni daxil olan məlumatlarda isə bildirilir ki, əgər İlham Əliyev doğrudan da korrupsiya və rüşvətin kökünü kəsmək istəyirsə, buyurub "Azərsu" ASC-dən başlasın. Qurumda korrupsiya və rüşvət o həddə çatıb ki, artıq milyardlarla dövlət vəsaiti mənimsənilir. Bunlara baxmayaraq nədənsə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi susur. Bir sözlə Qorxma Hüseynovun tayfa talanının qarşısının alınması istiqamətində təəssüf ki, korrupsiyaya mübarizə aparıldığını iddia edənlər bu niyyətdə görünmürlər. Məsəl üçün deyək ki, Hacıqabulda su və kanalizasiya sisteminin yenidən qurulması üçün “Azərsu” ASC-nin sifarişi ilə həyata keçirilən layihədə nəhəng korrupsiya faktları mövcuddur. Burada olmayan işlərə görə böyük məbləğlər silinir, xərclər şişirdilir. Çünki podratçı şirkətlər istisnasız olaraq “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun çətiri altındadır və onların bütün qanunsuz əməllərinə yaşılı işıq yandırılır. Bu barədə artıq mətbuatda kifayyət qədər məlumat verilib.

Məlumatlara görə, layihənin icrasına Türkiyə şirkəti cəlb edilsə də, işin koordinasiyası “Azərsu” ASC-yə məxsusdur. Layihənin icrasının gedişində boruların altına və üstünə dəniz sahilinin ətrafında olan ağ qumdan istifadə etmək lazım gəlib. Q.Hüseynovun bacısı oğlu Yusifəli ilk baxışdan kiçik, lakin çox gəlirli olan “biznesə” əl qoyub. Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, Salyan rayonun Xıdırlı kəndi ərazisindən daşıdığını yazdırır. Qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilir. Sənəd üzərində guya gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir. Ümumiyyətlə, Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinə 2012-ci ildə 250 milyon manat ayrılıb. 2013-cü ildə bu layihəyə əlavə nə qədər vəsaitin ayrılması barədə məlumat verilmir. Ancaq hər halda, 2013-cü ildə ayrılan məbləğ 2012-ci illə müqayisədə az olmamalıdır. Çünki “Azərsu”ya ayrılan vəsaitlər ilbəil artır. Bu 11 rayonda sözügedən xidməti Q.Hüseynovun bacısı oğlunun həyata keçirtdiyini nəzərə alsaq, söhbətin milyonlardan getdiyi bəlli olar. 2013-cü ildə ASC-yə 734,4 milyon manat sərmayə yatırılması nəzərdə tutulur.

Q.Hüseynov ASC-nin rəhbəri təyin olunduqdan sonra (14 fevral 2011-ci il) müəssisəyə dövlət sərmayələri kəskin çoxalıb. 2011-ci ildə ASC-yə 198 milyon manat investisiya yatırılmışdırsa, 2012-ci ildə bu məbləğ 2 dəfədən çox artaraq 580 milyona, 2013-cü ildə isə 734 milyon manata çatıb. Son 2 ildə ASC-yə 1 milyard 314 milyon manat yatırım qoyulub. ASC-yə sərmayələrin kəskin artması Q.Hüseynov prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun kadrı olması ilə bağlıdır. Buna qədər isə “Azərsu” ASC-yə spiker Oqtay Əsədovun yaxın adamı olan Nizaməddin Rzayev rəhbərlik edirdi.

Bununla belə, “Azərsu”ya ayrılan pullar artdıqca şübhəli maliyyə və tender əməliyyatlarının da sayı artır. Nazirlər Kabinetinin 22 avqust 2011-ci il tarixli sərəncamı ilə “Azərsu”ya icazə verilib ki, “müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasın. “Satınalmalar haqqında” Qanunda yazılıb ki, 50 min manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır. “Azərsu”nun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, ASC-yə yeni rəhbər təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər. Şirkətlərin Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsus olması ilə bağlı məlumatlar var. Məsələn, “Azərsu”nun seçdiyi şirkətlərdən biri “Sənaye Tikinti-M” MMC-dir. MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov Qorxmaz Cavanşir oğlu Hüseynovun qardaşıdır. Bu MMC “Azərsu” üçün 1,5 milyon manata Korgöz qəsəbəsinə su xətti çəkib. “Hidro-İnşaat Servis” MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu təcrübədən çıxış etsək, Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətlərin Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə etməsində qeyri-adi bir şey yoxdur. Onsuz da iri dövlət müəssislərinin rəhbərlərinin ətrafında mini ailə klanlarının yaradılması ənənə halını alıb. Q.Hüseynov bu ənənəni sadəcə olaraq davam etdirib.

Bu da müavfiq dövlət qurumları üçün fakt. Buyurub, sadalanan faktları ciddi araşdırsınlar, korrupsiya və rüşvətə qarşı mübarizədə səmimi olduqlarını nümayiş etdirsinlər.

Geri qayıt