Əsas Səhifə > Partiya > MÖVSÜM SƏMƏDOVU QEYDƏ ALACAQLARMI?

MÖVSÜM SƏMƏDOVU QEYDƏ ALACAQLARMI?


19-08-2013, 11:39
MÖVSÜM SƏMƏDOVU QEYDƏ ALACAQLARMI?
“AİP Doktor Mövsüm Səmədovun namizədliyini Təşəbbüs Qrupu vasitəsilə irəli sürüb. Artıq AİP liderinin namizədliyinin irəli sürülməsi ilə bağlı bütün sənədlər hazırdır. Bununla ağlı Mövsüm Səmədov tərəfindən həm bildiriş vərəqəsi, həm də ki, vəkalətnamə imzalanıb.” Bu sözləri FaktXeber.com-a AİP-in sədr müavini Akif Heydərli AİP lideri Mövsüm Səmədovun prezidentliyə namizədliyi ilə bağlı görülən işlərlə əlaqədar açıqlama verərkən söyləyib. Müsahib qeyd etdi ki, bununla əlaqədar artıq Təşəbbüs Qrupunun üzvlərinin iclası çağırılıb: “İclasın protokolu artıq hazırdır və İslaminsesi.az qəzetinin redaksiyasının möhürü ilə möhürlənib. Keçən həftənin şənbə günü sənədləri MSK-ya təqdim etmək istəməyimizə baxmayaraq qısa iş günü ilə əlaqədar səylərimiz nəticəsiz qaldı. Lakin bu gün sənədləri MSK-ya təqdim etdik və MSK tərəfindən sənədlər qəbul olundu.”

Mövsüm Səmədovun namizədliyinin irəli sürülməsi ilə bağlı hər hansı bir hüquqi maneənin olmadığını söyləyən Akif Heydərli, “ belə bir mane ola da bilməz. Ona görə ki, Təşəbbüs Qrupunun üzvləri regionlardan idi və onların toplaşması üçün heç bir maneə yox idi. Onlar Bakı şəhərində toplantı keçirdilər və protokol paytaxtda tərtib edilmişdi”, - deyə bildirdi: “Mövsüm Səmədovun həbsdə olmasını və konstitusiyaya görə ağır cinayət törətmiş şəxslərin namizədliyinin irəli sürülməsinin mümkünsüzlüyünü anlayırıq. Lakin Mövsüm Səmədovun həm bildiriş, həm də ki, öhdəlik ərizəsində qeyd olunub ki, AİP lideri ona qarşı irəli sürülən ittihamları heç birini qəbul etmir. Hətta sözü gedən ittihamlar məhkəmə tərəfindən də lazımı formada sübuta yetirilmədi. Bir sözlə Mövsüm Səmədov özünü cinayətkar hesab etmir və ona qarşı irəli sürülən ittihamların hamısı əsassızdır. Baş verənlərin hamısı siyasi sifarişin nəticəsidir və Mövsüm Səmədov özünün seçkidə iştirakını məqbul və qanuna uyğun hesab edir.”

Geri qayıt