Əsas Səhifə > Hadisə > DAŞKƏSƏNDƏ MÜBAHİSƏ QANLA BİTDİ

DAŞKƏSƏNDƏ MÜBAHİSƏ QANLA BİTDİ


19-08-2013, 11:33
DAŞKƏSƏNDƏ MÜBAHİSƏ QANLA BİTDİ
Daşkəsəndə 23 yaşlı gənc bıçaqlanıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın Qərb bürosuna verilən məlumata görə, Daşkəsən rayon şəhər sakini, 1990-cı il təvəllüdlü Nəbi Məhərrəmov qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində 23 yaşlı gəncin həyatını xilas etmək mümkün olub. Daşkəsən rayon Polis Şöbəsindən verilən məlumata görə N. Məhərrəmov rayon mərkəzində şəxsi münasibətlər zəminində 1989-cu il təvəllüdlü Samir Qurbanovla mübahisə edib və qarın nahiyəsindən bıçaqlanıb. S. Qurbanov saxlanılıb. Hazırda faktla bağlı Daşkəsən rayon Polis İdarəsində araşdırma aparılır.
Geri qayıt