Əsas Səhifə > Güney Press, Araşdırma > KOLBASA SEXLƏRİMİZƏ ÖLMÜŞ HEYVAN ƏTİ SATILIR

KOLBASA SEXLƏRİMİZƏ ÖLMÜŞ HEYVAN ƏTİ SATILIR


19-08-2013, 11:30
KOLBASA SEXLƏRİMİZƏ ÖLMÜŞ HEYVAN ƏTİ SATILIR
Azərbaycanın aran rayonlarında iri və xırda buynuzlu mal-qara arasında infeksion xəstəlik yayılıb. Saatlıda, Sabirabadda, İmişlidə mal-qara arasında yayılmış xəstəliyin bütün əlamətləri ilə dabaq olduğu bəlli olsa da, nədənsə, baytarlar bunu ciddi-cəhdlə gizlədirlər.
Daha dəhşətlisi kəndlərdə ölən heyvan cəsədlərinin yaxınlıqda yerləşən kolbasa sexlərinə daşınmasıdır. Kolbasa sexləri ölü inəkləri 50-60 manatdan qəbul edir. Daha çox İmişlidəki kolbasa-sosiska sexləri ölü heyvan cəsədlərini təhvil alır.
Xəstəlik tutan heyvanların ağzından su gəlir, yemə yaxın durmur, ayaqları tutulur. Boğaz heyvanlar balasını itirir.
Qeyd edək ki, dabaq cütdırnaqlı heyvanların itigedişli, şiddətli kontakioz xəstəliyi olub, yüksək dərəcəli isitmə, ağızın selikli qişasında, dırnaqda və yelində aftozlu zədələnmələrin baş verməsilə səciyyələnir.
Yazıda gedən faktlara aydınlıq gətirmək üçün baytarlıq idarəsi ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.
Ən dəhşətlisi odur ki, dabaq xəstəliyi heyvvandan insana keçir və iri yaralarla müşahidə olunur. \ yaxa.org \

Geri qayıt