Əsas Səhifə > Şou-biznes > NAMİQ QARAÇUXURLUYA KİMLƏR QARA YAXIB?

NAMİQ QARAÇUXURLUYA KİMLƏR QARA YAXIB?


19-08-2013, 11:04
NAMİQ QARAÇUXURLUYA KİMLƏR QARA YAXIB?
Bir neçə gün bundan əvvəl polis tərəfindən saxlanılması xəbəri ilə gündəmə gələn tanınmış meyxanaçı Namiq Qaraçuxurlu mehriban düşməninin izinə düşüb.
DİA.AZ-ın Milli.az-a istinadla verdiyi məlumata görə, bu barədə Namiqin prodüseri Ataş Hüseyn məlumat verib:
“Araşdırdıq və bildik ki, bu yalan məlumat kimlər tərəfindən mediaya ötürülüb. Deyim ki, həmin şəxs mütləq qanuni şəkildə öz cəzasını alacaq. Bu bir dərs olmalıdır ki, yalanlarla məşhur insanların nüfuzuna zərbə vurmağa çalışanlar istəklərindən əl çəksinlər”.
Prodüseri Qaraçuxurlunun məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ilə bağlı yayılan xəbərin həqiqətə uyğun olmadığını da söyləyib.

Geri qayıt