Əsas Səhifə > Gündəm, Manşet > RƏSUL QULİYEV YENƏ DƏ XƏSİSLİK ETMƏYƏ BAŞLAYIB

RƏSUL QULİYEV YENƏ DƏ XƏSİSLİK ETMƏYƏ BAŞLAYIB


19-08-2013, 10:58
RƏSUL QULİYEV YENƏ DƏ XƏSİSLİK ETMƏYƏ BAŞLAYIB
ONUN BU ADDIMI HƏM ACP-Nİ VƏ HƏM DƏ MİLLİ ŞURANI OFİSSİZ QOYA BİLƏR

DİA.AZ: - Məlum olduğu kimi, müxalifətin böyük birliyi kimi təqdim olunan Milli Şura hazırda Açıq Cəmiyyət Partiyasının qərargahında fəaliyyət göstərir. Amma deyəsən bu da uzun çəkməyə bilər. Belə ki, DİA.AZ-a ötürülən məlumatlardan həm Rəsul Quliyevin lideri olduğu ACP-nin və həm də Milli Şuranın qərargahsız qalacağı aydın olur.

Bu barədə DİA.AZ-a ötürülən informasiyanı olduğu kimi diqqətinizə təqdim edirik: “ACP-nin və Milli Şuranın yerləşdiyi qərargahda böyük çaxnaşmalar baş verir. Səbəbsə Rəsul Quliyevin qərargah işçilərinin əmək haqqlarını və qərərgahın sahibi Azər Əsgərova icarə pulunu ödəməməsidir.

Həm işçilər, həm də Azər Əsgərov tərəfindən artıq Rəsul Quliyevə qarşı addımlar atılmağa başlayıb. Mülkün son 2 ayının icarə pulunu Eldar Namazov vermişdir. Ancaq Rəsul Quliyev Eldar Namazovun (milli şuranın) puluynan qərərgahda oturmaq istədiyini bəyan edəndə, Azər Əsgərov bu ayın 25-inə qədər ACP və Milli Şuraya “qərərgahı tərk edin” komandası verib. Partiya nümayəndələri də Rəsul Quliyevin bu hərəkətlərindən narahatdırlar”.

Onu da qeyd edək ki, Azər Əsgərovun yaxın qohumları fövqəladaə hallar nazirliyində yüksək vəzifə tuturlar.

Geri qayıt