Əsas Səhifə > Güney Press, Araşdırma > ""ƏRƏB BAHARI" "ƏRƏB FƏLAKƏTİ" İDİ"...

""ƏRƏB BAHARI" "ƏRƏB FƏLAKƏTİ" İDİ"...


16-08-2013, 12:49
""ƏRƏB BAHARI" "ƏRƏB FƏLAKƏTİ" İDİ"...
“İnqilab eyforiyasından ayılan misir xalqı necə böyük səhvə yol verdiyini anlasa da, artıq gecdir”

“Misirdə baş verən son hadisələr, minlərlə insanın ölümü ilə nəticələnən qardaş qırğını inqilabların necə də səfeh və yararsız mübarizə üsulu olduğunu bir daha ortaya qoydu”. Bu sözləri Editor.az-a danışan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Misirdə baş verən son iğtişaşlara münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Misirdə yaşananlar müxtəlif dövlətlərin əli ilə siyasi sifariş icra edən “müxalif demokrat”lara dəsr olmalıdır: “Dövlət katibi olaraq səlahiyyət müddətinin başa çatdığını görən Hillari Klinton öz adını tarixə yazmaq üçün ərəb ölkələrində inqilab ssenariləri hazırladı və guya dünyaya demokratiya yaydığını nümayiş etdirməyə çalışdı. O, öz adını tarixə yazdıraraq, ərəb ölkələrində baş verən inqilabların “ideoloqu”na çevrildi. Bu gün Misirdə baş verən qarşıdurma, qardaş qırğını bu planın tərkib hissəsidir və sadə misirlilər bunun acı nəticələrindən hələ də canını qurtara bilmir. İnqilab eyforiyasından ayılan misir xalqı necə böyük səhvə yol verdiyini anlasa da, artıq gecdir. “Əl Qaidə”yə yaxınlığı şübhə doğurmayan “Müsəlman qardaşları”nın idarəetmədə həyata keçirdiyi qanunsuz islahatlardan sonra ordu işə qarışaraq, ölkəni gözləyən növbəti fəlakətdən xilas etməyə çalışır. Amma “Müsəlman qardaşları” da geri çəkilmir və görünən odur ki, bu “xəmir hələ çox su aparacaq”.

Geri qayıt