Əsas Səhifə > Dünya > ÖCALAN ƏSHABƏLƏRİNİ BAŞINA TOPLAYIR

ÖCALAN ƏSHABƏLƏRİNİ BAŞINA TOPLAYIR


16-08-2013, 12:02
ÖCALAN ƏSHABƏLƏRİNİ BAŞINA TOPLAYIR
TERRORÇU BAŞI ANKARADAN İKİ İSTƏKDƏ BULUNDU

DİA.AZ: - Qaniçən kürd terrorçu Abdullah Öcalan deyəsən, «barış sürəci» adı altında qardaş Türkiyənin başına hələ çox corab hörəcək. Hər halda, onun rəsmi Ankaradan etdiyi son iki tələb deyilənlərin sübutu kimi qəbul oluna bilər.

DİA.AZ-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Abdullah Öcalan sülh danışıqlarının daha da «mükəmməlləşdirilməsi» üçün hazırda onunla bərabər İmralıda saxlanılan 5 məhkumun başqa bir həbsxanaya köçürülməsini, onların əvəzinə isə PKK və KCK-ə daxil olan 8 nüfuzlu bölücü kürdün gətirilməsini tələb edib.

Öcalan bu istəyini onunla əsaslandırıb ki, adamları ilə məsləhətləşmələrinə ehtiyacı var. Digər istəyində isə terrorçubaşı onun üçün ayrıca iş şəraiti olan otağın yaradılmasını da xahiş edib.

DİA.AZ bildirir ki, burada ən maraqlı olanı rəsmi Ankaranın mövqeyidir. Çünki minlərlə insanın qatilinin bu istəklərinə Ankara müsbət reaksiya verib.

Geri qayıt