Əsas Səhifə > Gündəm, Manşet > AYAZ MÜTƏLLİBOV RƏSMİ BAKIYA NECƏ KÖMƏK EDİB?

AYAZ MÜTƏLLİBOV RƏSMİ BAKIYA NECƏ KÖMƏK EDİB?


16-08-2013, 10:48
AYAZ MÜTƏLLİBOV RƏSMİ BAKIYA NECƏ KÖMƏK EDİB?
RUSİYA İLƏ MÜNASİBƏTLƏRİN QAYDAYA SALINMASINDA ONUN ROLU OLUB

DİA.AZ: - Keçmiş prezident Ayaz Mütəllibovdan yeni xəbər var. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, son zamanlar Rusiya ilə gərginlik yaşayan, ardından isə Kremlə dil tapmağa müvəffəq olan rəsmi Bakıya bu prosesdə əsas dəstək verənlərdən biri də Ayaz Mütəllibov olub.

Mənbənin söylədikləri: «Ayaz Mütəllibovun Rusiyanın siyasi elitasının yanında hansı etimada malik olduğunu söyləmək o qədər də çətin deyil. Və son aylarda rəsmi Bakı ilə Kreml arasında gedən «soyuq müharibə»də sülhyaradıcı missiyanın daşıyıcılarından biri, bəlkə də birincisi məhz Ayaz Mütəllibov olub. Hətta bu arada keçmiş prezident Bakının istəyi ilə Moskvaya da bir neçə dəfə səfər edib».

Mənbəmiz onu da əlavə edib ki, Ayaz Mütəllibovun bu xidməti rəsmi Bakı tərəfindən dəyərləndirilib.

Geri qayıt