Əsas Səhifə > Hadisə > BU DA ATA-ANA İNADININ YARATDIĞI DƏHŞƏT
BU DA ATA-ANA İNADININ YARATDIĞI DƏHŞƏT16-08-2013, 09:45 |
Masallı rayonunda gənc qız özünü öldürüb. Milli.Az-a daxil olan məlumata görə, ötən gecə Qodman kəndində 18 yaşlı Rufanə Hüseynova yaşadığı evdə özünü asıb. Onun sevmədiyi oğlana verildiyi üçün özünə qəsd etdiyi bildirilir. R.Hüseynovanı ailə üzvləri asılmış vəziyyətdə tapıblar. Masallı Rayon Prokurorluğundan isə Milli.Az-a bildirildi ki, orta məktəbi bu il bitirən R.Hüseynovanın özünə qəsd etməsinin dəqiq səbəbi hələlik bilinmir. Onun əsəb problemi olub və müalicə olunurmuş. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. Geri qayıt |