Əsas Səhifə > Gündəm, Manşet > ARTUR RƏSİZADƏNİN PROBLEMİ VAR

ARTUR RƏSİZADƏNİN PROBLEMİ VAR


9-01-2012, 10:13
ARTUR RƏSİZADƏNİN PROBLEMİ VAR

BAŞ NAZİR POSTUNA DAHA BİR NAMİZƏD MÜƏYYƏN OLUNUB

DİA.AZ: - Məlum olduğu kimi, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) Qaragüney Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Eminağa Zeynalov tutduğu vəzifədən azad edilərək Qobustan RPŞ-ə rəis təyin edilib. Nazirin digər əmri ilə Beyləqan RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Elsevər Aslanov Daşkəsən RPŞ-ə rəis təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Qobustan RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalov tutduğu vəzifədən azad edilərək Cəlilabad Rayon Polis Şöbəsinə rəis təyin olunub. Onu da bildirək ki, Elsevər Aslanov kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun qardaşıdır.

Bu barədə redaksiyamıza məlumat verən hakimiyyət içindəki mənbələr bildirir ki, əslində Asdlan Aslanovun qardaşının polis rəisi təyin edilməsi təsadüfi deyil.

Mənbənin söylədikləri: “Aslan Aslanovun adı baş nazir postuna namizədlər sırasında ciddi şəkildə hallandırılır. Artur Rəsizadənin gedişi qətiləşib və yaxın günlərdə konkret qərar verilə bilər”.

Onu da qeyd edək ki, mənbəmiz Artur Rəsizadə ilə bağlı daha bir şok məlumatı diqqətimizə çatıdırıb: “Artur Rəsizadənin səhhəti ilə bağlı yayılan xəbərlər həqiqətə uyğundur. Həqiqətən də onuyn gözlərinin kor olma ehtimalı var. Bu məsələnin ciddiliyi iqtidar düşərgəsində hər kəsə məlumdur”.

Əldə etdiyimiz məlumatlarda o da deyilir ki, baş nazir postuna namizədlər sırasına Aslan Aslanovun daxil edilməsi təsadüfi deyil: “Bir zamanlar o çox güclü bir fiqur idi. Hətta mərhum prezident Heydər Əliyevin əsas adamlarından biri hesab olunurdu. Elə buna görə də Aslan Aslanovun Artur Rəsizadəni əvəzləməsi real hesab olunur”.


Geri qayıt