Əsas Səhifə > Ölkə, Manşet > RAFİL HÜSEYNOV HACI MAZANA MƏĞLUB OLUB
RAFİL HÜSEYNOV HACI MAZANA MƏĞLUB OLUB15-08-2013, 14:54 |
MASALLIDAKI MÜNAQİŞƏLƏRDƏN BİRİ YATDI DİA.AZ: - Zaman-zaman Masallı rayonunda baş verən özbaşınalıqlarla bağlı faktları diqqətinizə təqdim etmişik. Deyəsən, bu da rayonun icra başçısı Rafil Hüseynovu qəzəbləndirib. Əslində icra başçısının qəzəbi anlaşılandır. Çünki DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Masallıya rəhbər gələnə qədər Prezident Administrasiyasında Ağcabədi rayonu üzrə kurator postunu tutan Rafil Hüseynovu «yuxarılar» əməlli-başlı danlayıblar. Təbii ki, bundan sonra Rafil Hüseynov düşmən axtarışına çıxıb və medianı qaralamaq qərarına gəlib. Lakin əsas düşməninin kənarda yox, elə Masallının içində olması da faktdır. Bu gün Hacı Mazanla Rafil Hüseynovun üz-üzə gəlməsi və hətta icra başçısının Hacı Mazanın obyektlərini hədəfə alma cəsarətini ortaya qoyması, bunun ardından da «şok bir cavabla» geri çəkilməsi də faktdır. DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, Rafil Hüseynov əslində Hacı Mazana ilişməklə böyük bir yanlışını buraxdığını anlayıb. Mənbənin söylədikləri: «İcra başçısından fərqli olaraq Hacı Mazan Masallıda böük bir nəsli təmsil edir və onun kifayət qədər tərəfdarları var. Bu gün elə Hacı Mazanın obyektlərində çalışan yüzlərlə rayon sakini istməz ki, iş yerini itirsin və elə buna görə də onlar Hacı Mazanı müdafiə edəcəklər». Mənbəmizin bildirdiyinə görə, elə bu fakt da Rafil Hüseynova dərs olub: «Hətta ona «yuxarılar» da Hacı Mazanla çəkişməsini durdurması barədə göstəriş verib. Və bundan sonra da başçı geri çəkilib. Təbii ki, onun oğlunun qeyri-münasib şəraitdə videolentə çəkilməsi də mühüm rol oynayıb». Geri qayıt |