Əsas Səhifə > Ölkə, Manşet > ZAHİD ORUC NAMİZƏDLİK FİKRİNDƏN DAŞINDI

ZAHİD ORUC NAMİZƏDLİK FİKRİNDƏN DAŞINDI


15-08-2013, 14:15
ZAHİD ORUC NAMİZƏDLİK FİKRİNDƏN DAŞINDI
MİLLƏT VƏKİLİNƏ TƏZYİQ EDİLİB?

DİA.AZ: - Ana Vətən Partiyasının yetkiliyi, millət vəkili Zahid Oruc bu günlərdə prezidentliyə namizəd olacağını açıqlasa da, ona qarşı partiyası və AVP sədri Fəzail Ağamalı tərəfindən böyük basqılar müşahidə olundu. Amma Zahid Oruc mətbuata verdiyi açıqlamalarında namizədliyini irəli sürəcəyi haqda dediyi fikirlərində qətiyyətli olacağını bəyan etdi.

Lakin vəziyyət dəyişib. DİA.AZ-a AVP-dəki mənbələrdən daxil olan informasiyada qeyd olunur ki, Zahid Oruc namizədliyini irəli sürmək fikrindən «daşındırılıb». Buun hansı şəraitdə baş verməsi barədə xəbərsiz olsaq da, artıq bu mövzunun qapandığı bildirilir.

Onu da qeyd edək ki, məsələni Zahid Orucla dəqiqləşdirmə cəhdlərimiz alınmadı. Lakin apardığımız müşahidələr və həmçinin millət vəkilinin «Facebook»dakı səhifəsinə əl gəzdirilməsi də deyilənlərin təsdiqi kimi qəbul oluna bilər. Belə ki, Zahid Oruca aid «Facebook» səhifəsində bu hadisə ilə əlaqədar bütün qeydlər silinib. Hansısa səhifədən isə qeydlər yalnız səhifə sahibinin iradəsi ilə silinə bilər. Və yaxud da haker müdaxiləsilə. Qeyd edək ki, bu arada Zahid Orucun isə «Facebook» səhifəsinə haker hücumunun edilməsilə bağlı hər hansı məlumat yayılmayıb…

Geri qayıt