Əsas Səhifə > Hadisə > SATLIDA DƏHŞƏTLİ XƏSTƏLİK YAYILIB

SATLIDA DƏHŞƏTLİ XƏSTƏLİK YAYILIB


15-08-2013, 13:42
SATLIDA DƏHŞƏTLİ XƏSTƏLİK YAYILIB
Saatlı rayonunda iribuynuzlu heyvanların və ev quşlarının arasında qəribə xəstəlik yayılıb. Avropa.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, iribuynuzlu heyvanlarda yüksək hərarətlə müşahidə olunan xəstəlik təsərüffatlara ciddi ziyan vurub. Bundan başqa bazarlarda ət məhsullarına tələbat da azalıb. Müxbirimizin verdiyi məlumata görə, ev quşlarının kütləvi surətdə qırılması isə demək olar ki, bütün təsərüffatlarda adi hala çevrilib. Saatlı rayon Baytarlıq İdarəsi isə, yaranmış vəziyyətdən narahat deyil. İdarədən Avropa.info-nun suallarına cavab verilməməsi bunu deməyə əsas verir.
Geri qayıt