Əsas Səhifə > Partiya > "MİLLİ ŞURANIN NAMİZƏDİNİ DƏSTƏKLƏYƏCƏYİK"

"MİLLİ ŞURANIN NAMİZƏDİNİ DƏSTƏKLƏYƏCƏYİK"


15-08-2013, 11:32
"MİLLİ ŞURANIN NAMİZƏDİNİ DƏSTƏKLƏYƏCƏYİK"
Mətbuatda AXCP-nin öz namizədi ilə seçkilərdə iştirak edəcəyi barədə məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, AXCP qarşıdan gələn prezident seçkilərindən partiyanın sədri Əli Kərimli ilə təmsil olunacaq.

AXCP sədrinin müavini Asəf Quliyev Avopa.info-ya açıqlamasında yayılan informasiyaları təkzib etdi. Onun dediyinə görə, bəzi mətbuat orqanları AXCP sədri Əli Kərimlinin Ali Məclisin son sessiaysındakı çıxışını aidyyatı olmayan istiqamətdə yozurlar.

"Sözsüz ki, Rüstəm İbrahimbəyov gəlməyəcəksə, AXCP Milli Şuranın ehtiyat namizəd və bu qurumun seçkilərə qatılması məsələlərində israr edəcək. AXCP seçkidən kənarda qalmaq fikrində deyil. Lakin biz məhz Milli Şuranın vahid namizədi ilə seçkilərə qatılmağın tərəfdarıyıq",-deyə o bildirib.

Əli Kərimlinin bu gün mətbuatda başqa yönə yönəldilən çıxışına gəlincə, AXCP sədrinin müavini qeyd edib ki, partiya sədri bildirmişdi ki, əgər Milli Şurada təmsil olunan partiyalar, ziyalılar, QHT təmsilçiləri onun namizədiyini dəstəkləyəcəyi təqdirdə, Milli Şuranın vahid namizədi olaraq seçkiyə qatılmağa hazırdır: "Lakin burada söhbət təkcə AXCP-dən deyil, bütövlükdə Milli Şuradan gedir. Bu, sadəcə, bir təklifdir. Amma AXCP bütövlükdə Milli Şuranın namizədi kim olacaqsa, onu da dəstəkləyəcək".

Geri qayıt