Əsas Səhifə > Şou-biznes > ELZA SEYİDCAHANDAN DAHA BİR ŞOU

ELZA SEYİDCAHANDAN DAHA BİR ŞOU


6-01-2012, 12:55
ELZA SEYİDCAHANDAN DAHA BİR ŞOU

MÜĞƏNNİ KAĞIZ PALTARDA KONSERT VERƏCƏK

Əməkdar artist Elza Seyidcahan solo konsertə hazırlaşır.

O, ənənəvi olaraq, bu dəfə də tamaşaçılarını yalnız ifası ilə yox, həm də geyimilə təəccübləndirmək fikrindədir. E.Seyidcahanın sözlərinə görə, onun konsertdə geyəcəyi geyim... kağızdan olacaq.

2 saatlıq konsert Dövlət Mahnı Teatrında olacaq.

Əməkdar artist Amsterdamda diploma layiq görülməsi haqda da danışıb: "Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin üçüncü qurultayında iştirak etdim. Orada fəal iştirakıma görə 1-ci dərəcəli diplomla təltif olundum. Müğənni Azərin və bəstəkar Gövhər Həsənzadə də orada idilər. Diplom təqdimatından sonra tədbir iştirakçılarını ifalarımızla sevindirdik".


Geri qayıt