Əsas Səhifə > Cəmiyyət > XALQ ARTİSTİNİN BÖYÜK AYIBI

XALQ ARTİSTİNİN BÖYÜK AYIBI


14-08-2013, 14:41
XALQ ARTİSTİNİN BÖYÜK AYIBI
"Xəzər" Tv-də yayımlanan "Bizim gün" verilişində maraqlı hadisə yaşanıb.

Verilişin qonaqları Azərbaycanın xalq artisti Səməd Səmədov və Elmira Ələkbərzadə olub.

Verilişdə söhbət yay istirahətindən düşüb, aparıcı Elmiraya harada istirahət edəcəksiniz?-sualını verib, müğənni isə qeyd edib ki, bu yay Makedoniyada istirahət edəcək. Bu yerdə söhbətə müdaxilə edən Səməd Səmədov hər kəsi şoka salan sözlər deyib: "Mən eşitmişəm ki, Elmira xanım bu yay Kəlbəcərdə dincəlmək fikrindədir".

Müğənni isə cavab verib ki, "mən Kəlbəcərdə heç olmamışam". Bu yerdə söhbətə müdaxilə edən aparıcı vəziyyətdən çıxış yolu tapıb: "İnşallah, torpaqlarımız, o cümlədən də Kəlbəcər azad edilər və biz də Kəlbəcərdə dincələrik".

Qeyd edək ki, Xalq artisti Səməd Səmədovun işğal olunmuş torpaqlarımızı tanınmaması hal ilk dəfə deyil/azxeber/.

Geri qayıt