Əsas Səhifə > Dünya > AMERİKADAN OLİQARXLARIMIZA PİS NÜMUNƏ

AMERİKADAN OLİQARXLARIMIZA PİS NÜMUNƏ


6-01-2012, 12:49
AMERİKADAN OLİQARXLARIMIZA PİS NÜMUNƏ

KOLORADODA UŞAQLAR ÜÇÜN SÜNİ BUZLAQ YARADILIB

ABŞ-ın Kolorado ştatında nəhəng süni buzlaq yaradılıb.

"The Huffington Post'" bildirir ki, uşaqlarına oynamaları üçün buzlardan heykəllər düzəldən Brent Kristensenin dediyinə görə, süni buzlaq yaratmaq ideyasını reallaşdırmaq asan olmayıb.

O, Koloradonun Silverstoun şəhərində 12 min litr sudan istifadə edərək arzusuna çatıb. Daha sonra isə Kristensen buzlağı minlərlə elektrik fənəri vasitəsilə işıqlandıraraq möhtəşəm konstruksiyanı ərsəyə gətirib.

Hündürlüyü 12 metr olan buzlağın ağırlığı 15 tona yaxındır.

Onu da bildirək ki, bu xəbərin oliqarx-məmurlarımız tərəfindən oxunması heç də arzuolunan deyil. Hər halda neft pullarının bu gün havaya sovrulduğunu gördüyümüz halda bizimkilərin də buzlaq həvəsinə düşmə ehtimalları yüksəkdir.

Geri qayıt