Əsas Səhifə > Dünya > İLK ÖLÜM HÖKMÜ İCRA OLUNDU

İLK ÖLÜM HÖKMÜ İCRA OLUNDU


6-01-2012, 12:45
İLK ÖLÜM HÖKMÜ İCRA OLUNDU

“DEMOKRATİYA BEŞİYİ”NDƏ İNSANLAR HƏLƏ DƏ QƏTLƏ YETİRİLİR

ABŞ-da 2012-ci ilin ilk ölüm hökmü icra olunub. Associated Press yazır ki, Oklahoma ştatında 49 yaşlı Heri Roland Uelçin ötən gün ölüm hökmü icra olunub.

49 yaşlı Uelçə ölüm inyeksiyası vurulub. Məlumata görə, ölüm inyeksiyası öz təsirini göstərənə qədər Uelç həbsxanada Skandinaviya mifologiyasından deklamasiya oxuyub.

Ölüm hökmü həbsxananın işçi heyətinin qarşısında olub. Öldürülən şəxsin yaxınları əmrin icrasını müşahidə etməyiblər, elə məhkum edilən şəxs də ölümündə kiminsə iştirakını istəməyib.

AP-nin verdiyi məlumata görə, ölüm cəzasının icrasına 3 həftə qalmış 49 yaşlı Uelç özünə qəsd etmək istəyibmiş.

Heri Roland Uelçin ölüm hökmünə gəlincə isə o, Mayami şəhərində 1994-cü il 25 avqust tarixində Hardkasl adlı şəxsi evinin qarşısında ölənə qədər döydüyü üçün məhkum olunub. Lakin Uelç günahını tamamilə boynuna almayıb, o bu hərəkətini özünümüdafiə adlandırıb.

Geri qayıt