Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEVİN ƏLDƏ ETDİYİ REVANŞ FÜRSƏTİ

RAMİZ MEHDİYEVİN ƏLDƏ ETDİYİ REVANŞ FÜRSƏTİ


14-08-2013, 11:15
RAMİZ MEHDİYEVİN ƏLDƏ ETDİYİ REVANŞ FÜRSƏTİ
QİSASA TƏDARÜK GÖRƏN PA ŞEFİNİN HƏDƏFİNDƏ HANSI MƏMURLAR OLA BİLƏR?

DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri ərəfəsində artıq kifayət qədər əminlik qazanan hakim düşərgə öz daxilində ciddi islahatlar həyata keçirəcək. Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mənbəmizin iddialarına görə, seçkilərlə bağlı kənar güclərin basqılarını ciddi şəkildə dəf etməyə müvəffəq olan rəsmi Bakının əsas qayğısı məhz daxildəki güclərlə bağlıdır.

Mənbənin söylədikləri: «Təbii ki, bu əsnada daha çox diqqətçəkəni hakimiyyət daxilində cərəyan edən olaylardır. Məlumdur ki, Rusiyanın Azərbaycandakı bir nömrəli adamı kimi tanınan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı böyük bir kampaniya başlamışdı. Bu kampaniya fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin məlum videobombardmanı fonunda daha da intensivləşsə də, sonradan Mehdiyev müdafiə olunmağı bacardı. Və bu gün Elşad Abdullayev hətta sözügedən qüvvələrin könlünü bulandıracaq həddə belə deyil».

Mənbəmiz iddia edir ki, Putinin Bakıya səfərilə gücünün üstünə güc qatmış olan Mehdiyevin və onun çevrəsinin bundan sonra qisasa baş vuracağı da istisna deyil: «Təbii ki, Putinin Bakıya gəlməsi, İlham Əliyevin isə Moskvaya getməməsi çox ciddi bir hadisədir. Hətta Putinin Bakıya gəmi ilə gəlməsi belə heç nəyi dəyişmir və kimin kimin ayağına gətirilməsi məqamı daha vacibdir. Belə bir situasiyada rusiyayanlı qüvvələrin nə qədər geniş manevr imkanları əldə etmələrini təxmin etmək o qədər də çətin olmamalıdır».

«Bəs rusiyayanlı müxalifətin aqibəti necə olacaq» sualımızın qarşılığında isə mənbəmiz maraqlı bir izahat verdi: «Təbii ki, bu gün Rusiya rəsmi Bakını bir çox istiqamətdən sıxırdı. Artıq Rüstəm İbrahəimbəyovla bağlı məsələ də demək olar ki, qapanmış hesab oluna bilər. Bunu görəcəksiniz. Milli Şuranın vahid namizədinin özü də bildirmişdi ki, onun aqibəti 14 avqustda bəlli olacaq. Yəni Putinin Bakı səfərinin ardından. Bakıdan isə Rusiya prezidenti məmnun gedib. Demək hər şey aydındır».

Mənbəmiz əsas diqqətin isə Ramiz Mehdiyevin qisasa sarılacağı məqamına yönəldilməsinin də vacib olduğunu bildirdi: «2005-ci il seçkiləri ərəfəsində Ramiz Mehdiyev əsas rəqiblərini sıradan çıxardı. İndi isə PA şefinin əlində anoloji imkanlar var. Və hər şey yaxın günlərdə bəlli olacaq. Hətta PA-da vəzifə almaqla meydan sulamaq fikrinə düşən Məhərrəm Əliyevin belə köhnə vəziyyətinə qaytarılması gözlənilir. Bunu zamanla görəcəyik».

Geri qayıt