Əsas Səhifə > Dünya > QARDAŞ ÖLKƏ BAYRAM OVQATINDA

QARDAŞ ÖLKƏ BAYRAM OVQATINDA


14-08-2013, 11:00
QARDAŞ ÖLKƏ BAYRAM OVQATINDA
14 avqust tarixi bütün dünyada adi bir təqvim günü hesab edilə bilər, lakin bu tarix hər bir pakistanlının həyatında böyük əhəmiyyətə malikdir. Bu gün Pakistan tarixində ən əlamətdar hadisələrdən biri- ölkənin Müstəqillik günüdür.

Pakistan 14 avqust 1947-ci il, İslam təqviminə əsasən isə Ramazan ayının 27-ci günündə təsis edilmişdir.

Pakistan saysız-heysabsız canlar bahasına müstəqilliyə qovuşmuşdur. Minlərlə ana öz övladlarını, həyat yoldaşlarını, uşaqlar öz valideynlərini itirmişlər. İnsanlar ona görə canlarını qurban vermişlər ki, gələcək nəsillər İslam şəriəti ilə həyatlarını qurmaqda çətinlik çəkməsinlər.

Geri qayıt