Əsas Səhifə > Cəmiyyət > ŞİRKƏT XƏZİNƏDARI TALAN EDİLDİ
ŞİRKƏT XƏZİNƏDARI TALAN EDİLDİ6-01-2012, 12:08 |
NƏTİCƏDƏ 20 MİN MANAT OĞURLANIB Bakıda naməlum şəxs xəzinədarın əlindən 20 min manat pulu alıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dünən Fətəli xan Xoyski, 113 ünvanında naməlum şəxs "Electronics Arts" şirkətinin xəzinədarı Mərdan Xankişiyevə hücum edərək içində 20000 manat pul olan bağlamanı onun əlindən alaraq qaçıb. Araşdırma zamanı cinayəti törədən şəxsin şəxsiyyəti müəyyənləşdirilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180-ci) maddəsi ilə cinayət işi başlanıb. Geri qayıt |