Əsas Səhifə > Ölkə, Manşet > ELŞAD ABDULLAYEV FRANSANI NƏDƏN TƏRK EDİB?
ELŞAD ABDULLAYEV FRANSANI NƏDƏN TƏRK EDİB?13-08-2013, 13:03 |
ORQAN MAFİYASI İŞİ TƏQİB EDİR DİA.AZ: - Qalmaqallı videoları ilə aylardı gündəmi zəbt edən sabiq ABU rektoru Elşad Abdullayevlə bağlı yeni məlumat əldə etmişik. DİA.AZ-a daxil olan xəbərə görə, uzun müddətdir Fransada mühacir həyatı yaşayan Abdulayev artıq bu ölkəni tərk edib. İddia olunur ki, o, bu addımı təhlükəsizlik məqsədi ilə atıb. Məlumata görə, Elşad Abdullayevin hansı ölkəyə getdiyi bir müddət gizli saxlanacaq. Məlumat üçün bildirək ki, Elşad Abdullayevə qarşı orqan alveri ilə bağlı ittihamlar səsləndirilməkdədir. Hətta Ukraynada bununla bağlı cinayət işi açılıb, hadisənin özü isə ATƏT tərəfindən araşdırılmaqdadır. Bildirilir ki, Elşad Abdullayevin Fransanı tərk etməsi də Ukrayna hüquq-mühafizə orqanlarının keçmiş ABU rektorunu Fransadan istəyə bilməsilə bağlıdır. Xatırladaq ki, bu günlərdə Ukrayna anoloji cinayət işi ilə əlaqədar Azərbaycana rəsmi qaydada sorğu da ünvanlayıb. Geri qayıt |