Əsas Səhifə > Siyasət, Manşet > PA ŞEFİNİN MÜAVİNİ ARZU RƏHİMOVU TƏFTİŞ EDƏCƏK

PA ŞEFİNİN MÜAVİNİ ARZU RƏHİMOVU TƏFTİŞ EDƏCƏK


13-08-2013, 12:24
PA ŞEFİNİN MÜAVİNİ ARZU RƏHİMOVU TƏFTİŞ EDƏCƏK
BU VAXTA QƏDƏR GİZLİ ŞƏKİLDƏ TOPLANAN FAKTLAR SƏS-KÜY YARADIB

DİA.AZ: - «Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından qısa müddətin keçməsinə baxmayaraq, bu dövlət qurumunda yoxlamalar həyata keçiriləcək». Bu şok məlumatı DİA.AZ-a hökumətə yaxın mənbələr ötürüb. Qaynaq iddia edir ki, son zamanlar xidmət rəisi Arzu Rəhimovun adının bir sıra qalmaqallı olaylarda hallandırılması, habelə onun sürücüsünün onlarla şəxsi aldadaraq külli miqdarda vəsaiti ələ keçirməsi faktı artıq müvafiq dövlət qurumlarının da nəzərlərini cəlb edib.

Mənbənin söylədikləri: «Əslində bu yoxlama xeyli müddətdir ki, həyata keçirilməkdədir. Sadəcə məxfi mahiyyət daşıdığından ictimaiyyət bilgiləndirilmir. Aparılan araşdırmalardan aydın olub ki, Arzu Rəhimovun adından təkcə 14 rayonun hərbi komissarından üst-üstə 4 milyon manata yaxın pul alınıb ki, həmin vəsaitin yalnız cüzi hissəsi sürücü tərəfindən mənimsənilib.

Eyni zamanda təftiş nəticəsində müəyyən olunub ki, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının böyük əksəriyyəti bu günə kimi yalnız bir neçə dəfə öz maaş kartlarını görə biliblər ki, əslində onların maaşları rəhbərlik tərəfindən mənimsənilir».

Məlumatı verən mənbə DİA.AZ-a bildirir ki, Arzu Rəhimovun idarəsinin prezident administrasiyasının müvafiq şöbəsi tərəfindən təftiş olunması planlaşdırılır və bui şin Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyevə həvalə olunub».

Geri qayıt