Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QURBAN MƏMMƏDOVUN HƏBSXANADAN İLGİNC İTTİHAMLARI

QURBAN MƏMMƏDOVUN HƏBSXANADAN İLGİNC İTTİHAMLARI


13-08-2013, 12:15
QURBAN MƏMMƏDOVUN HƏBSXANADAN İLGİNC İTTİHAMLARI
Həbsdə olan vəkil Qurban Məmmədov Bakı Apelyasiya Məhkəməsinin sədri Iman Nağıyevə ərizə yazıb. Ərizənin bir surəti də redaksiyamıza daxil olub. Qurban Məmmədovun yazdığı ərizəni olduğu kimi təqdim edirik:

“Hörmətli və möhtərəm sədr!
Azərbaycanda məhkəmlərin və hakimlərin müstəqil olmadığını, hakimlərin əksər hallarda tapşırıq yerinə yetirdiyini, məhkəmə iclaslarının əvvəldən qəbul edilmiş hazır qərarlarla dekorasiya olduğunu, məhkəmələrin, faktiki olaraq, prokurorluqdan daxil olan ittihamnamə və təqdimatları təsdiq edən notariat orqanı kimi fəaliyyət göstərdiklərini, eləcə də mənim haqqımda qəbul edilmiş prosessual qərarların siyasi fəaliyyətimə görə tapşırıq əsasında qəbul edildiyini nəzərə alaraq:
- CPM-nın 91.5.14-cü maddəsinə əsasən, həmin cinayət işi üzrə istənilən məsələyə dair keçiriləcək məhkəmə iclaslarında şəxsən iştirak etməkdən imtina edirəm.
- Müdafiəçilərimdən hər hansı birinin həmin iclaslarda iştirakı kifayətdir. “Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Hümbətov Etibar Zülfüqar oğlu) ”həbs qətimkan tədbirinin uzadılması barədə 01 avqust 2013-cü il tarixli qərar"ından müdafiəçim vəkil Cavad Cavadovun verdiyi Apelyasiya şikayətinə 07 avqust 2013-cü ildə baxılarkən, CPM-nin 91.5.21-ci maddsəinə əsasən, “həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla təqsirləndirilən şəxsin tanış olmaq hüququ”nun təmin edilməsi barədə vəsatətimi rədd edən “hakim”lər (sədrlik eddən: Mirzəli Abbasov, hakimər: Əmir Bayramov, Əflatun Qasımov), “sənin belə hüququn yoxdur”, - deyə, mövqe bildirəndən sonra belə məhkəmələrdə iştirakın heç bir mənası yoxdur və ölkəmizdə məhkəmə orqanlarının siyasi rejimin əlində cəza, qisas dəyənəyinə çevirilməsinin rəsmi sübutudur.
Bu ərizəmi nəzərə almağınızı və bu barədə hakimlərinizə əvvəlcədən məlumat verməyinizi xahiş eddirəm.
Hakimlər CPM-nin 285.1-ci maddəsində nəzərdə tutulan “cinayət işinin materialları” ilə (təqsirləndirilən şəxs bunlarla yalnız istintaqın qurtarmasından sonra tanış ola bilər). CPM-nin 91.5.21-ci və 447.7.1-ci maddələrində nəzərdə tutulan “həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosessini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallar” arasında, fərqi başa düşmürlər. Bu da o deməkdir ki, bu gündən təqsirləndirilən şəxslərin CPM-nin 91.5.21-ci maddəsində nəzərdə tutulan hüquqları pozulub. Bu isə müdafiə hüququnun vacib tərkib hissəsidir. Insan bilmədiyi, tanış olmadığı arqument və sübutlardan necə müdafiə oluna bilər?
Belə savadsız adamlara müqəddəs hakim mundiri geyindirib onlara insan taleyi tapşırmaq olarmı?!"
\ azadlıq.info \
Geri qayıt