Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏKTƏB DİREKTORLARININ SEÇKİ TƏLAŞI

MƏKTƏB DİREKTORLARININ SEÇKİ TƏLAŞI


13-08-2013, 12:00
MƏKTƏB DİREKTORLARININ SEÇKİ TƏLAŞI
Seçkilərin yaxınlaşması orta məktəb direktorlarını təşvişə salıb. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib.
Mənbənin sözlərinə görə, seçki ərəfəsində seçki məntəqəsi kimi fəaliyyət göstərən məktəblərdə direktorlar məlum dövrdə ciddi basqılara məruz qaldığı üçün onların bir çoxu qarşıdakı seçkilərdə proseslərdən kənarda qalmağa çalışır:
“Məktəb direktorları yaxşı bilir ki, bütün seçkilərdə olduğu kimi oktyabr seçkisində də seçki məntəqəsi kimi fəaliyyət göstərəcək məktəblərdə baş verən hər xırda problem və anlaşılmazlığa görə ciddi təzyiqlərə məruz qalacaq, xüsusilə də yetkililərin basqısı ilə üzləşəcəklər. Əksər hallarda seçki məntəqəsinin rəhbəri kimi məktəb direktorları təyin edilir ki, bu da ikiqat məsuliyyət deməkdir. Məhz bu səbəbdən də artıq indidən bəzi məktəb direktorları oktyabr seçkilərində məktəbdə olmamaq üçün müxtəlif planlar cızır, hətta öz yerlərinə indidən adam da təyin edirlər. Bir çox məktəb direktoru həmin ərəfədə xəstəlik, bülletenə çıxmaq və s. bəhanələrlə seçki prosesindən kənarda qalmaq, məktəb və seçki məntəqəsinə rəhbərliyi müavinlərinə həvalə etmək niyyətindədir. Məktəb direktorlarının öz səlahiyyət və vəzifələrindən qısamüddətli imtinası və bütün səlahiyyətlərini müavinlərə verməsi isə direktor müavinləri tərəfindən narazılıqla qarşılanmaqdadır. Onlar hesab edir ki, seçki ərəfəsində məktəbə rəhbərlik etmək əlavə başağrısı və məsuliyyət deməkdir. Hansı ki, bunun nəticəsi bəzi direktor əvəzləyiciləri üçün düşünüldüyündən də arzuedilməz ola bilər”.

Geri qayıt