Əsas Səhifə > Ölkə > QOBUSTANA VƏ DAŞKƏSƏNƏ RƏİS GÖNDƏRİLDİ

QOBUSTANA VƏ DAŞKƏSƏNƏ RƏİS GÖNDƏRİLDİ


5-01-2012, 18:23
QOBUSTANA VƏ DAŞKƏSƏNƏ RƏİS GÖNDƏRİLDİ

BEYLƏQAN İSƏ RƏİSSİZ QALIB

Azərbaycanda bir neçə rayonun polis rəisi dəyişdirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Eminağa Zeynalov tutduğu vəzifədən azad edilərək Qobustana rəis təyin edilib.

Beyləqan Rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov Daşkəsənə polis rəisi təyin olunub.
Beyləqan Rayon Polis Şöbəsinə isə hələlik rəis təyin olunmayıb.

Geri qayıt