Əsas Səhifə > Ölkə, Manşet > RÖVNƏQ ABDULLAYEV TELEKANAL AÇIR
RÖVNƏQ ABDULLAYEV TELEKANAL AÇIR5-01-2012, 17:03 |
«REGİON-TV»NİN SABİQ RƏHBƏRİNƏ DAHA BİR ETİMAD DİA.AZ: - Uzun müddətdir barəsində yazılan və ARDNŞ prezidenti Rövnəq Abdullayevin hədəfinə çevrildiyi iddia edilən sözügedən qurumun Təhlükəsizlik İdarəsinin rəisi, sabiq MTN işçisi Rəşad Əliyevlə bağlı son məlumatlarda bildirilirdi ki, bir zamanlar Rövnəq Abdullayevin bir nömrəli adamı hesab olunan və hətta ARDNŞ prezidenti tərəfindən MTN rəhbərliyinə hazırlandığı barədə gülünc iddiaları məqsədli şəkildə mətbuata ötürən Rəşad Əiyev çox ciddi problemlər yaşayır. Hətta onun görəv başındakı ömrünün sona yetəcəyi xəbəri də əldə etdiyimiz məlumatlar içindədir. Xatırladaq ki, keçmiş MTN əməkdaşı olan Rəşad Əliyev Namiq Abbasov nazir olduğu dönəmlərdə xüsusi xidmət orqanlarından xaric edilib. Amma Rövnəq Abdullayevlə yaxın əlaqələri nəhayətdə onun yenidən parlamasına nədən olub. Belə ki, 2005-ci ilin parlament seçkiləri zamanı Rəşad Əliyev zamanlar sadəcə olaraq Bakı Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışan və seçkilərə bir zavod müdiri kimi qatılan Rövnəq Abdullayevin seçki qərargahına rəhbərlik edir. Və bu dövrdə Rəşad Əliyev keçmiş əlaqələrindən də istifadə edir. Rövnəq Abdullayev ARDNŞ prezidenti vəzifəsinə təyin edildikdən sonra Rəşad Əliyevin də ulduzu parlayır və o, ARDNŞ Təhlükəsizlik İdarəsinə rəis gətirilir. Təbii ki, bütün bunlar Rövnəq Abdullayevin sayəsində olur. Amma buna baxmayaraq, özünü istənilən bir posta tədarüklü hesab edən Rəşad Əliyev sonradan daha böyük iddialara düşür və nəticədə Rəşad Əliyev özünü MTN şefi postuna iddialı kimi təqdim edir. Doğrudur, bu «təqdimat» birbaşa yolla baş tutmur, mətbuata dolayı yollarla ötürülən informasiyalarda Rəşad Əliyev özü barəsində belə bir rəy yaradır və məqsədli şəkildə belə bir qənaət də formalaşdırır ki, guya, Rövnəq Abdullayev onun MTN-ə rəhbər təyin edilməsi üçün çalışır. Lakin sonradan bütün bunların blef olduğu və sadəcə olaraq Rəşad Əliyevin arzularından biri olduğu məlum olur. Yəni məsələnin hətta ciddi səviyyəyə qalxmasına rəğmən bu məsələ ilə bağlı Rəşad Əliyevi sorğu-sual da edən tapılmdı. Halbuki bir müddət əvvəl mətbuatda həmin məlumatların qaynağı ciddi surətdə müxtəlif instansiyalar tərəfindən araşdırılırdı. Lakin son məlumatlarda bildirilirdi ki, beləcə, bu gün kifayət qədər samballı mövqeyə malik olan Rəşad Əliyevin Rövnəq Abdullayevin hədəfinə çevrilməsi barədə deyilənlər tam olaraq həqiqəti əks etdirir: «Rəşad Əliyevin özünə qarşı bir kampaniya başlasa da, ilk hədəfə çevrilən qardaşı Rüstəm Əliyev oldu. «AntennFM»ə şeflik edən Rüstəm Əliyev eyni zamanda idarə etdiyi «RegionTV»nin rəhbərliyindən uzaqlaşdırılıb». Onu da qeyd edək ki, yaxın günlərdə baş verən bu olay əslində Rəşad Əliyev üçün ilk xəbərdarlıq siqnalıdır. Qeyd edək ki, həm «AntennFM» və həm də «RegionTV» Rövnəq Abdullayevə məxsusdur. Məlumatlara görə, ARDNŞ prezidenti Rəşad Əliyevə məxsus qazanc yerlərinə də əl qoyub: «Təbii ki, bunları təsadüflərin quyruğuna bağlamaq olmaz. Yaxın, çox yaxın zamanlarda Rəşad Əiyevlə bağlı qərar da ictimailəşəcək». Bu arada isə redaksiyamıza tamam fərqli bir informasiya da daxil olub. Mötəbər mənbələrdən əldə etdiyimiz bilgilərdən aydın olur ki, Rəşad Əliyev artıq problemlərini yoluna qoymağa müvəffəq olub və hətta o, qardaşının da çulunu sudan çıxarıb. Mötəbər mənbə iddia edir ki, «RegionTV»dən uzaqlaşdırılan Rüstəm Əliyev üçün yeni bir kanalın yaradılması ideyası da gündəmə gəlib. Bu barədə mənbənin söylədikləri: «Bu, həm də o deməkdir ki, Rövnəq Abdullayev yeni kanal açır. Hər halda, Rəşad Əliyev bir kanal açacaq qədərində qüdrətli deyil». Mənbə bildirir ki, yeni kanal ilkin olaraq yalnız Bakı və Bakıətrafı kənd və qəsəbələr üçün nəzərdə tutulub: «Yeni kanala Sumqayıt sakinləri də baxa biləcəklər». Daha çox əyləncə xarakterli olacaq yeni kanalın «Avroviziya-2012» yarışmasına qədər fəaliyyətə başlayacağını bildirən mənbəmiz onu da bildirdi ki, Rüstəm Əliyev kanala rəhbərlik edəcək: «Hələlik işlər bir qədər məxfi aparılır və yeni kanalın adı ilə bağlı, kanalda çalışacaq digər şəxslərlə əlaqəli məlumatlar bəlli deyil». Geri qayıt |