Əsas Səhifə > Ölkə, Manşet > İCRA BAŞÇISI İLƏ BAŞ HƏKİMİN ORTAQ YEYİNTİSİ

İCRA BAŞÇISI İLƏ BAŞ HƏKİMİN ORTAQ YEYİNTİSİ


12-08-2013, 15:04
İCRA BAŞÇISI İLƏ BAŞ HƏKİMİN ORTAQ YEYİNTİSİ
TƏMİR OLUNAN XƏSTƏXANANI SÖKÜRLƏR

DİA.AZ: - Bir neçə gün əvvəl Qazax rayon Mərkəzi Xəstəxanası ətrafında baş verən özbaşınalıqlarla bağlı faktları təqdim etmişdik. Bildirək ki, hələ də müvafiq dövlət qurumları bu faktlara göz yumurlar ki, DİA.AZ-a daxil olan yeni informasiyalar məlum biganəliyə aydınlığın gətirilməsi üçün yetərlidir. Ən azından bu məsələdə rayon icra başçısının da iştirakçı olması səbəbindən.

DİA.AZ olaraq Qazaxdan redaksiyamıza göndərilən məlumatları diqqətinizə təqdim edirik. Beləliklə, sakinlərin yazdığına görə, Qazax rayon Mərkəzi Xəstəxanası sökülür. Sakinlər bildirir ki, xəstəxananın bütün avadanlıqlarını İcra Başçısı Ayaz Əsgərovla baş həkim Arzu Novruzov satmaqdadır: “Bildirək ki, Qazax rayon Mərkəzi Xəstəxanası sökülməmişdən bir neçə ay əvvəl xəstəxananın qızdırıcıları çəkildi. Həmin qızdırıcılar üçün çoxlu pul silindi. Təbii ki, gedən büdcədən getdi... Arzu Novruzov Mərkəzi Xəstəxananın söküləcəyini bildiyi halda bu addımı atdı. Və müəyyən insanların məlumatı əsasında yenə də mənisməmə əməliyyatı baş verdi.

Nə üçün bunlara göz yumurlar? Rayon mərkəzi xəstəxanaın bir neçə işçisi baş verənlərlə bağlı Səhiyyə Naziri Oktay Şirəliyervə şikayət etdilər. Maraqlıdır ki, həmin şikayətlərin araşdırılması Arzu Novruzova həvalə olundu. Arzu Novruzov özü barəsiundə araşdırmanı necə aparacaq? Bu qanunsuz işdir”.

Geri qayıt