Əsas Səhifə > Cəmiyyət > SİYASİ MƏHBUS ANALARI ETİRAZA HAZIRLAŞIR

SİYASİ MƏHBUS ANALARI ETİRAZA HAZIRLAŞIR


12-08-2013, 13:06
SİYASİ MƏHBUS ANALARI ETİRAZA HAZIRLAŞIR
Siyasi məhbusların anaları Prezident Administrasiyasının qarşısında aksiya keçirmək niyyətindədir. Bu barədə Turan-a Müsavat Partiyası gənclər təşkilatının lideri, 15 sutka həbs olunmuş Tural Abbaslının anası Başxanım Abbaslı bildirib.

Onun sözlərinə görə aksiyaya səbəb T. Abbasovun saxlandığı təcridxanada onunla qeyri-insani davranmadır. Aksiyanın dəqiq tarixi hələlik bəlli deyil. Əgər Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə imkan verilməsə, siyasi məhbusların anaları aclıq aksiyasına başlayacaqlar.

“Mənə oğlumla görüşə icazə vermirlər. Ancaq bu gün yenə görüşməyə çalışacam”, - o qeyd edib.

Tural Abbaslı saxlanıldığı Binəqədi təcridxanasında pis rəftəra məruz qalıb. O 3 gün əlləri qandallı vəziyyətdə saxlanılıb..

Geri qayıt